ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Paşazadə:hakimiyyətin İsrail rejiminə qucaq açmasını pərdələmək üçün İranı şərləmək tapşırığını yerinə yetirib

Milli Məclisdə qondarma və işğalçı İsraildə Azərbaycanın səfirlik açması qərarının müsəlman xalqı hiddətləndirəcəyindən vahimiyə düşən tayfa rejimi Şeyxin dilindən İranı şərləməyə təşəbbüs göstərib və diqqətləri parlamentin qərarından yayındırmağa çalışıb.
Bununla əlaqədar Allahşükür Paşazadə İsraildə səfirlik açmaq kimi təhlükəli və bədnam əmələ münasibət bildirmək yerinə İranı tənqid obyektinə çevirib.
QMİ sədri deyib: “Bu gün qonşumuzun və ya sapı özümüzdən olan baltaların bizə qılınc çəkməsi tarixə düşür. İrandakı bəzi qardaşlarımız, amma dırnaqarası qardaşlarımız və yaxud sapı özümüzdən olan baltaların bu gün onların düşmənimizlə dostluq etmələrini qəbul edə bilmərik”.
Din xadimlərinin təltif olunması mərasimində bu qərəzli bəyanatı verən Paşazadə iddia edib ki, İranın son vaxtlar atdığı addımlar bütün müsəlmanlar üçün gözlənilməz olub.
Şeyxin sözlərinə görə, İranda Azərbaycan əleyhinə danışanlar dini siyasətə alət edirlər və dedikləri hər sözdə, atdıqları hər addımda dindən sui-istifadə edirlər.
Allahşükür Paşazadənin son zamanlar İran İslam Respublikasını hədəfə alması həm də ona görədir ki, o, ömürlük postunu itirə biləcəyindən vahimədədir. Bu səbəbdən rejimin anti-İran təbliğatında özündən xüsusi canfəşanlıq nümayiş etdirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button