ArxivXəbər lentiXəbərlər

İran saytı Bakı haqqında fotoreportaj təqdim edib

İranın “Mehr” xəbər agentliyi Bakının gözəlliyini əks etdirən fotoreportaj təqdim edib.

Reportajda qeyd olunub ki, cari ilin may ayında Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu beynəlxalq əhəmiyyətli idman yarışlarında 57 dövlətdən 6 mindən çox idmançı iştirak edəcək.

Nəzərə çatdırılıb ki, Azərbaycanın paytaxtı Bakı şəhəri öz gözəlliyi ilə xarici turistlərin diqqətini cəlb edir. Son illər şəhər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bakının gözəlliyi ilə yanaşı, infrastrukturu burada beynəlxalq idman yarışlarının keçirilməsini şərtləndirir.

Fotoreportajla bu linkdə tanış olmaq olar.(AZƏRTAC)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button