ArxivIslamXəbər lentiXəbərlər

Qəlblərimiz səninlə döyünür, ya Rəsuləllah!

Ya Rəsulallah (s)! Allah səni aləmlərə rəhmət olaraq göndərdi. Sənə həsrət könüllər, hər zaman sevginlə alışıb-yanmaqdadır.
Sənin o nur üzünü görmək, sənin sevgi gəminin yolçusu olmaq, sənin şəfaətinə qovuşmaq arzusu ilə yaşadı hər an bu ümmətin. Sən ki, “kişi sevdiyi ilə bərabərdir” buyurmuşdun. Bu gündə də və hər an, səni sevən milyonlarla insanlar, möminlər, möminələr səninlədirlər. Qəlblərimiz səninlə döyünür. Səni canlarımızdan da çox sevirik, ey sevgililər sevgilisi olan Peyğəmbərimiz (s)! Düşmənlər yenə də səni təhqir etdilər. Dünyada yaşayan insanlar, sənə olan hörmətlərini, sevgilərini bildirmək, insanlığa bəxş etdiyin islami dəyərləri qorumaq üçün səslərini ucaldaraq, bu rəzilliyə, alçaqlığa etirazalarını bildirdilər. Səni tanıyan hər bir kəs bacardığı kimi, bu haqsızlığa, ədalətsizliyə “dur” dedi. Zamanımızda bəzi dini, irqi, mənsubiyyəti məlum olmayan insanlar, dini bir alətə çevirərək dünyada fitnə toxumu əkmək üçün öz məqsədlərini açıq-aşkar ortaya qoydular. Onlar səni təhqir etməklə, təkcə müsəlmanları deyil, bütün dinlərin peyğəmbərlərini, bu dinlərə əməl edən insanların inanclarını, varlıqlarını, kimliklərini təhqir etdilər. Ey Peyğəmbərimiz (s)! Kaş ki, bu təqdirləri, bu alçaqlıqları tarixin yaddaşından silə biləydik. Bu gün biz sənin ümmətin olaraq, bir müsəlman olaraq öz etirazımızı bildiririk. Və bütün dinlərin nümayəndələrini bu təhqirə qarşı etirazalarını bildirmələrini istəyirik. Bizlər müxtəlif xalqların nümayəndələri ola bilərik. Dilimiz, dinimiz, milliyyətimiz fərqli ola bilər. Amma, hər hansı bir dinin peyğəmbəri təhqir edilirsə, bu o deməkdir ki, bütün dinlərin peyğəmbərləri təhqir olunur. Bir peyğəmbərin inkarı, bütün peyğəmbərlərin inkarı deməkdir. Deməli, bu Allaha qarşı üsyandır. Bu təhqir hansı bir dini çərçivəyə sığır? Bu hansı dinin əmridir? ƏlbəĴə ki, heç birinin. Nə yəhudi, nə xristian, nə də müsəlman dini bu məqsədlərə qulluq etməyib. Hər bir insan anlamalıdır ki, bu iblisin (lən) qurduğu fitnələrdir. Bu, dini olmayan, Allahı tanımayan insanların öz şəxsi qəzəbləri üzündən şeytana qulluqları nəticəsində dünyanı qarışdırmaq üçün oynadıqları bir oyundur. Onlar Allahın əmrlərinə itaət etmədikləri üçün də Allahın rəhmətindən qovulacaq və lənətə düçar olacaq kimsələrdir. Bu gün müsəlman ümmətinin, sevgili Peyğəmbərini (s) təhqir edənlər – sabahkı günləri üçün mütləq peşiman olacaqlar. Bu gün haqsız əməllər edənlər, gələcəklərinə təsir edərək, sabahlarını dəyişəcəklər, heç də yaxşı tərəfə müəyyənləşdirməyəcəklər. Bugünkü həyatları, dostluqları, işləri, elmləri sabahları üçün heç də gözəl müjdələr gətirməyəcək. Bugünkü əməlləri, ölümdən sonra onları nə Allaha, nə də peyğəmbərlərinə qovuşdurmayacaqdır. Həzrət İsaya (ə) nisbət verirlər ki, öz şagirdlərinə demişdi: “Mən dövrün sonuna qədər hər gün sizinləyəm”. Görəsən bu çirkin əməlləriniz sizi peyğəmbərinizə qovuşduracaqmı?
Dilədikləriniz sizə veriləcəkmi?
Axtardığınızı tapacaqsınızmı?
Nicat qapısını döyəndə, bu qapı sizin üzünüzə açılacaqmı?
İsa peyğəmbərə (ə) nisbət verirlər ki, demişdir: “Mühakimə etməyin ki, mühakimə olunmayasınız. Çünki nə hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Və hansı ölçü ilə ölçsəniz, o ölçü ilə də sizə
ölçüləcəkdir” (3.30) Allah Təala bizləri hər növ şeytani fitnələrdən amanda saxlasın!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button