ArxivXəbər lentiXəbərlər

Rusiyada məktəblərdə hicab qadağası ilə bağlı Putinə müraciət edilib

Fevralın 11-də RF Ali Məhkəməsində Mordaviya məktəblərində hicabın qadağan olunması barədə məsələyə baxılacaq. FaktXəbər-in verdiyi məlumata görə, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin bununla əlaqədar prezident Vladimir Putinə açıq məktub yollayıb. O, təhsil müəssisələrində müsəlman qızların hüquqlarının qorunmasını, bunun üçün də onların məktəbə hicabla getməsinə izn verilməsini istəyib.
Müfti hicabın azad olduğu Tatarıstan və Çeçnistanı misal gətirərək, bu siyasətin  hökumətin  demokratik xüsusiyyətinin və dini dəyərlərə hörmətinin təzahürü olduğunu, həmçinin ictimaiyyətin böyük dəstəyini qazandığını deyib.
R.Qaynutdin  öz qızlarının  Moskva Ali məktəblərinə  hicabla getdiklərini, bununla belə, orada heç bir problemlə qarşılaşmadlığını deyib.
«Ailənin ən zərif, incə və kövrək üzvü – balaca qızcığazlar bu cür sınanırlar! Və bu Rusiyada baş verir. Hansı ki, hər zaman  psevdodekmoratların, daha dəqiq desək  Avropa və Şimali Amerikanın  aqressiv sekulyarizminə qarşı ənənəvi dəyərlərin müdafiəsində durub! Rusiya dini və peyğəmbərləri təhqir edən karikutaraların yayılmasını qanunvericilikdə qadağan edib!», – deyə RMŞ sədri bildirib.
«Sizə bir müfti və bir ata kimi müraciət edirəm: bizim ənənəvi dəyərlərimizin müdafiəsində durun», deyə müraciətin sonunda deyilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button