AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanlılar İranda sərmayə yatıra biləcək!

Ərdibil Ustanında Azad İqtisadi Zona Azərbaycan vətəndaşlarının vizasız gəlişini təmin edir

Ərdəbil Ustandarlığının iqtisadi və beynəlxalq işlər üzrə koordinasiya ofisinin müdiri deyib: Ərdəbildə  İqtisadi Zonanın işə düşməsi ilə Azərbaycan vətəndaşları İrana vizasız gələ biləcək, müxtəlif sahələr üzrə sərmayə yatıra biləcəklər.

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi xəbərə əsasən, Ərjəng Əzizi ustanda Azad İqtisadi Zona mövsunin müzakirə edildiyi iclasda deyib: Azad Zona Ali Şurasının təsdiqindən sonra ustanda Azad İqtisadi Zonanın yaradılması elə bir şərait yarada bilər ki, Ərdəbil Ustanı sürətli inkişaf yolunda qədəm götürər.

İqtisadi və beynəlxalq işlər üzrə koordinasiya ofisinin müdiri bildirib: Dövlət ustanda belə bir zonanın yaradılması ilə bağlı layihəni parlamentə göndərməlidir. Məclis nümayəndələri müxtəlif şəkillərdə bu layihənin üstün səviyyədə həyata keçməsi üçün ciddi çalışmalıdır.

Ofis müdiri deyib: Bu işdə ticari və iqtisadi fəlaiyyətlər kənarında daxili və xarici kapital yatırımı nəzərdə tutulur. Bu məntəqənin imtiyazlarından maksimum bəhrələnmək üçün yaranan fürsət istifadə edilməlidir.

Əzizi Azad İqtisadi Zonada vergi güzəştlərinə işarə ilə deyib: Bütün iqtisadi fəallar, sənətkarlar, tacirlər vergi güzəştlərindən rahat bəhrələnə bilərlər.

Ofis müdiri qeyd edib: Azərbaycan vətəndaşları sərmayə yatırmaq məqsədi ilə vizasız gələ bilər və gömrük rüsumu ödəmədən xammal və texnoloji avadanlıq gətirə bilərlər.

Əzizi deyib: Bu işdə dövlət sektoru istənilən bürokratik maneələri aradan qaldırmalı, sürətli inkişafa şərait yaratmalıdır.

İqtisadi və beynəlxalq işlər üzrə koordinasiya ofisinin müdiri  deyib: İcra orqanları iş sahibi olaraq fəaliyyət üçün icazə verilməsi, layihələrin işə salınmasında sərmayə sahibləri ilə yaxından həmkarlıq etməlidirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button