ArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Xamenei İrandakı iğtişaşlardan danışdı

İranda ötən həftə baş verən hadisələr barədə Ali lider Seyid Əli Xamenei danışıb.

 

Rakurs.tv “Faktxəbər” saytına istinadən xəbər verir ki, o, ölkədə yaranmış iğtişaşları şərh edərkən, İran xalqının bunun qarşısını aldığını deyib.

 

“İran xalqı xarici qüvvələrin pul xərclədikləri geniş, dərin və çox təhlükəli bir sui-qəsdin qarşısını almağa müvəffəq oldular. Onlar hərəkətə keçməyə, dağıdıcılıq fəaliyyətlərini davam etdirməyə fürsət gözləyirdilər, düşündülər ki, benzin problemi səbəbindən ölkəyə qoşun göndərməyə müvəffəq olacaqlar”, – deyə Ayətullah Xamenei bildirib.

 

Xatırladaq ki, ötən həftə İranın bir neçə şəhərində hakimiyyətin benzinin qiymətini artırması və bunun üçün kvotalar tətbiq etməsi barədə qərarı ilə razılaşmayanlar etiraz aksiyaları keçiriblər. Aksiyaların bəziləri dinc xarakter daşısa da, bəziləri maddi ziyan vurulması, bankların yandırılması ilə nəticələndi. Hüquq mühafizə orqanları və mülki vətəndaşlar arasında ölən və yaralananlar oldu.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button