ArxivXəbər lentiXəbərlər

İran prezidenti Həsən Ruhani Türkiyəyə gedir

İran prezidenti Həsən Ruhani Türkiyənin dövlət başçısı  Rəcəb Tayyib Ərdoğanın  rəsmi dəvəti ilə sabah Ankaraya gedəcək. qafqaz.ir-un Milliyyət-ə istinadla verdiyi məlumata görə, bu barədə İran İslam Respublikasının  Mətbuat Bürosundan bildirilib.
Bildirilir ki, 2 günlük səfər zamanı Ruhaniyə iqtisadi və siyasi müşavirləri müşaiyyət edəcək.
Ruhani səfər çərçivəsində  iki ölkə  liderlərinin rəhbərliyi ilə keçiriləcək 5-ci  Ali Strateji  Əlaqələr Şurasına qatılacaq. Toplantıda  iki ölkə arasında ticarətin 30 milyard dollara çıxarılması üçün iki ölkə prezidentinin  mənimsədiyi hədəflər müzakirə olunacaq.
Ziyarət çərçivəsində iki ölkə arasında iqtisadi, mədəni və siyasi sahələrdə önəmli anlaşmaların imzalanması gözlənilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button