AktualAktualArxivIslamQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ayətullah Amili: Qarabağın işğaldan azad edilməsinə sevinirik

Ayətullah Seyid Həsən Amili “Qarabağ sülhü” vebinarında deyib: “Azərbaycan Respublikası ordusunun Qarabağ ərazilərini işğaldan azad etməsinə sevinirik.”

Qafqaz Həqiqətləri xəbər verir ki, bu gün Tədqiqat və Təlim Mərkəzi və İslam İqlibabı Mədəni Araşdırmalar Mərkəzinin əməkdaşlığı ilə “Qarabağ Sülhü” mövzusunda vebinar keçirilib. Vebinarda iştirak edən Vəliyyi-fəqihin Ərdəbil əyalətində təmsilçisi və Ərdəbil imam cüməsi Ayətullah Seyid Həsən Amili deyib: “Yaranmış vəziyyətə və Qarabağ ərazilərinin işğaldan azad edilməsinə sevinirik.”

O əlavə edib ki, yaranmış atəşkəs, işğal edilmiş ərazilərin geri alınması və İran rəsmilərinin mövqei bəzi ölkələrdə, xüsusilə də Azərbaycan Respublikasında mühüm bir anti-İran subyekti aradan qaldırdı.

Vəliyyi-fəqihin təmsilçisi daha sonra deyib: “İşğal edilmiş torpaqların Azərbaycanın ağuşuna qayıtması bu bölgənin transregional qüvvələrin bazasına çevrilməsinin qarşısını aldı.”

Ayətullah Amili Qarabağ münaqişəsinin hələ də tam həllini tapmamasına və sülhün bərqərar olmamasına toxunaraq vurğulayıb: “Əgər bu məsələ tam şəkildə həll olsa, anti-İrançılıq məsələsi də demək olar ki, aradan qalxacaq.

Türkiyə və Azərbaycanda, hətta İranda İranın Ermənistana dəstək verməsi iddialarına görə, çox ağır bir atmosfer yaranmışdı. Xarici İşlər Nazirliyi və şimal-qərb əyalətlərinin imam cümələrinin bu mövzuya daxil olması, cənab Vilayətinin mövqei, iki təqlid mərcəsinin mövqei və sonda Ali Məqamlı Rəhbərin müdrik mövqei bu atmosferi sındırdı və hamı reallığı başa düşdü.”

İmam cümə Amerika və Fransanı Qarabağ münaqişəsilə bağlı tutduqları mövqeə görə qınayaraq deyib ki, Amerika və Fransa Qarabağ müharibəsini qızışdırırdılar və hələ də onların bu şeytanlıqları davam edir.

O, Minsk qrupunun fəaliyyətinə də toxunaraq deyib: “ATƏT-in Minsk qrupunun yaradılması böyük məkirli plan idi və bu 27 il davam etdi ki, Qarabağ münaqişəsi zamanın həllinə tapşırılsın və Azərbaycan öz torpaqlarının bir hissəsindən əl çəkməyə razı olsun.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button