ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bayden: Yaxın Şərqdə boşluğun Çin, Rusiya və İran tərəfindən doldurulmasına imkan verməyəcəyik

 ABŞ prezidenti Co Bayden körfəz ərəb ölkələri başçılarının görüşündə ölkəsinin hələ də Yaxın Şərqi diqqətdə saxladığını və bu bölgədə “boşluğun Çin, Rusiya və İran tərəfindən doldurulmasına” imkan verməyəcəyini bildirib.

 Ciddədə keçirilən bu toplantıda İraq, İordaniya və Misir başçıları ilə yanaşı, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Oman, Qətər və Bəhreyn (Körfəz Əməkdaşlıq Şurası) liderləri də iştirak ediblər.

Bayden buradakı çıxışında bildirib ki, Vaşinqton heç bir ölkəyə Hörmüz boğazında dəniz nəqliyyatı azadlığını pozmağa icazə verməyəcək.

ABŞ prezidenti ərəb liderləri qarşısında çıxışında bildirib ki, Vaşinqton İranın regionda rolu ilə mübarizədə ölkələrlə sıx əməkdaşlığını davam etdirəcək.

Eyni zamanda o, əlavə edib ki, Amerika İranın nüvə proqramına məhdudiyyətlər tətbiq etmək üçün diplomatiya variantını davam etdirəcək.

ABŞ prezidenti deyib ki, ölkəsi diplomatiya yolu ilə getməyə davam etməklə yanaşı, İranın nüvə silahını əldə etməməsi üçün də öhdəlik götürüb

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button