ArxivXəbər lentiXəbərlər

Azərbaycanın MDB ölkələri ilə mənfi ticarət saldosu 34% azalıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% azalaraq 3,369 mlrd. ABŞ dollarına enib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 115,480 mln. dollar və ya 11,8% artaraq 1,095 mlrd. dollar, idxal isə 505,535 mln. dollar və ya 18,2% azalaraq 2,274 mlrd. dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 1,179 mlrd. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 621,015 mln. dollar və ya 34,5% azdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button