ArxivXəbər lentiXəbərlər

Bakıda ruhi xəstə məsciddə namaz qılan şəxsi bıçaqladı

Bakının Suraxanı rayonu ərazisində yerləşən məscidlərdən birində bıçaqlanma hadisəsi baş verib.

qafqaz.ir  Oxu.Az-a istinadən xəbərinə görə, Bülbülə qəsəbəsində yerləşən məscidə namaz qılmağa gələn 21 yaşlı Məmmədov Kamran Əhməd oğluna tanımadığı şəxs bıçaqla qəfil hücum edib. Nəticədə K.Məmmədov bıçaqlanıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının verdiyi məlumata görə, hadisəni törədən Faiq Mahmudov ad-soyadlı şəxs ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Hazırda o saxlanılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button