ArxivXəbər lentiXəbərlər

Vətəndaşlara “otxod” deyən deputat: “Təəssüf edirəm”

“İki gün öncə verdiyim açıqlamada heç kəsi təhqir etməmişəm ki, üzr də istəyəm?! Amma dediklərimə görə təəssüf edirəm. Əsəbi olmuşam, o cür ifadə işlətmişəm. Siz də o mənzərəni görsəydiniz, elə deyərdiniz”.

Bunu “Report”a açıqlamasında 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyev deyib.

O, telefon nömrəsinin sosial şəbəkələrdə paylaşılmasına da münasibət bildirib: “Elektron ünvanım yoxdur. Hazırki telefon nömrəmi də11 ildir ki, işlədirəm. Hər kəs də bilir. Nömrəmi sosial şəbəkələrdə paylaşmaları onların öz işləridir”.

A.Şahverdiyev qeyd edib ki, Biləsuvarda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin problemi “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə müzakirə edilib: “Məsələ Azərbaycan Prezident Administrasiyasına məruzə olunub. Artıq, sakinlərin elektrik enerjisi bərpa edilib. Bu halların təkrar olunmaması üçün yollar axtarılır. Milli Məclisin dekabrın 30-da keçiriləcək plenar iclasında çıxış edəcəm, xahiş edəcəm ki, insanların problemi həll edilsin. Bilirsiz ki, qış sərt olacaq, camaatın da yeganə istilik mənbəyi elektrik enerjisidir. Camaatı başa düşürəm, onlar da gərək azğınlaşmasın”.

Qeyd edək ki, A.Şahverdiyev iki gün öncə “Azadlıq radiosu”na verdiyi müsahibə qalmaqala səbəb olub. O, müsahibəsində etiraz edənləri “nəşəli”, “içkili” adlandırıb. O, Rusiyaya işlə bağlı gedənlər barədə də “otxod” ifadəsini işlədib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button