ArxivXəbər lentiXəbərlər

Ermənistanda yüksək vəzifəli məmurların övladları hərbi xidmətdən yayınır

“Sıravi xidmətə yararsız məmur övladlarının ordu sıralarına çağırılması utandırıcı qanun pozuntusudur”.

Qafqaz.ir Report-a istinadən xəbər verir ki, bunu ölkənin hüquq müdafiəçisi Artur Sakunts Ermənistan müdafiə naziri Vigen Sarkisyanın “sıravi xidmətə yarasız məmur övladları da ordu sıralarında qulluq etməyə üstünlük verir” bəyanatına münasibət bildirərkən deyib.

“Bu bəyanat günahlarını gizlətmək üçün özünümüdafiə xarakteri daşıyır. Bu, o deməkdir ki, səhhətində problem olan çağırışçılara hüquqi normalar əsasında deyil, siyasi maraqlar baxımından yanaşırlar. Əslində, biz onu da bilirik ki, yüksək vəzifəli məmurlar müxtəlif bəhanələrlə övladlarını hərbi xidmətdən yayındırırlar. Ölən və yaralanan əsgərlər isə sosial cəhətdən aztəminatlı ailələrin övladlarıdır. Rəsmi şəxslərin oğulları hərbi xidmətdən yayınır. Bu amillər dövlətə və hərbi xidmətə etimadı azaldır. Müdafiə naziri isə bu kimi halların qarşısının alınmasındansa, belə məsələlərə aid olmayan gündəlik təklif edir”, – deyə Sakunts vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button