ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Şiə anasına ən çox bənzəyən qızın xüsusiyyətləri” adlı virtual görüş keçirilib

O bildirib ki, Həzrət Məsumə (s) məsum olmasa da, kiçik bir məsumluğa çatıb. İmam Rza (ə) bu böyük şəxsiyyətin ziyarətini cənnətə çatmağın səbəbi kimi tanıtdırıb. Həmçinin ona Məsumə ləqəbini verib.

Hörmüzqan qadınlar elmi hövzəsinin direktoru Həzrət Əbülfəz (ə), Həzrət Zeynəb (s) və Həzrət Məsumə (s) kimi tarixin parlaq, qeyri məsum şəxsiyyətlərinə toxunaraq xatırladıb:

“Həzrət Məsumə (s) İmam Kazim (ə) və İmam Rza (ə) məktəbində tərbiyə almışdır. İdrak, ilahi elm və mərifət baxımından bir səviyyəyə çatmışdı ki, ilahi övliyalar onu təsdiq etmişdilər”.

O, bir rəvayəti də xatırladıb:

“İmam Kazim (ə) evdə yox idi. O Həzrətin səhabələri suallarını yazılı surətdə  təhvil vermişdilər. Onlar suallarına cavab almaq üçün gəldilər. Həzrət Məsumə (ə) onların suallarına cavab vermişdi. Bu rəvayət, o xanımın Həzrət Zəhraya (s) bənzəməsini bildirir.

Höccətül-islam vəl-müslimin Cavad İsmayıl Nia, Həzrət Məsumə (s) ilə Həzrət Zəhra (s) arasında başqa bir oxşarlığa işarə edərək əlavə edib:

“O Həzrət vilayətçi olmaqda da Həzrət Zəhra (s) kimidir. O da, vilayətin müdafiəsində canını fəda etdi.

Paklıq bu iki böyük şəxsiyyət arasındakı üçüncü oxşarlıqdır. Necə ki, İmam Rza (ə) o xanıma Məsumə ləqəbini verib. Həzrət Zəhraya (s) da Tahirə, Mütəhhərə, Mühəddəsə və Siddiqədə deyilirdi”.

O, əlavə edib ki, qız tələbələr təhsildə uğur qazanırlar. Əxlaqda və nəfsi islah etməkdə də uğur qazanmağa çalışmalıdırlar. Həmçinin Həzrət Məsumə (s) kimi yüksək və layiqli elmi dərəcəyə çatmaq üçün də səy göstərməlidirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button