ArxivIslamXəbər lentiXəbərlər

İranın idarəetməsində təmsil olunan nüfuzlu azərbaycanlılar – Siyahı

Adətən İrana tipik fars ölkəsi və ya farsların idarə etdiyi dövlət kimi yanaşılır.
Xüsusən də Azərbaycan ictimai rəyində bu təsəvvür xeyli dərinə işləyib. Və bir qayda olaraq azərbaycanlılar İranda əzilən, haqları əllərindən alınan icma kimi təqdim olunur.
Ancaq məsələ ondadır ki, müsair İranda dövlət qurumlarında və siyasi təşkilatlarda aparıcı şəxslər arasında çoxlu sayda azərbaycanlı var.
Xüsusən də ABŞ-İran münasibətlərinin gərginləşməsi və müharibə ehtimallarının tez-tez gündəmə gəldiyi bir vaxtda bu mövzu yenidən aktuallaşıb.
İran hakimiyyətində, eləcə də hərbi dairələrdə azərbaycanlı rəhbər kadrlar varmı və onların mövqeyi hansı ölçüdədir?
Mövzu ilə bağlı qısa araşdırma aparıb, İrandakı hakimiyyət, ordu, din, siyasət və iqtisadiyyat sahəsində önəmli postlarda təmsil olunan, həmçinin nüfuz sahibi olan azərbaycanlıların siyahısını hazırladıq.
Təbii ki, İranda azərbaycanlı dövlət rəsmisi haqqında danışanda ilk olaraq yada düşən ölkənin ali dini lideri, faktiki və hüquqi olaraq dövlətin birinci şəxsi hesab olunan Ayətullah Seyid Əli Xameneyidir. 1939-cu il iyulun 17-də İranın Məşhəd şəhərində anadan olmuş Ayətullah Əli Xameneyi əslən Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsindəndir. Əli Xameneyi həm də ana tərəfdən Azərbaycan Məşrutə inqilabının liderlərindən olan Xiyabaninin bacısı nəvəsidir. Ata və ana tərəfdən nüfuzlu islam alimləri ailələrindən olan Ayətullah Xameneyi islam təhsili alıb, daha sonra İslam İnqilabına qoşulub. İranın prezidenti, silahlı qüvvələr komandanı və nəhayət, 1989-cu ildən etibarən – 30 ildir vəliyyi-fəqih, yəni İslam dövlətinin rəhbəri postunu tutur.
Hazırda dövlətdə aparıcı post tutan azərbycanlılar arasında ən məşhurlarından biri də İranın İslam Əlaqələri və Mədəniyyəti Təşkilatının sədri Əbuzər İbrahimi Türkməndir. Ali dini liderə yaxın kadrda yer alan Türkmən bir qədər əvvəl Azərbaycanla İran arasında soyuqluq yaradan Paşinyanın səfəri sonrası açıqlama yayaraq dini lideri Azərbaycanı dəstəklədiyi mesajını vermişdi.
İranda dövlətə məxsus ən böyük holdinq olan ŞƏSTA holdinqinin direktoru Əli Əbdüləlizadə də azərbaycanlıdır. Qeyd edək ki, hazırda İranda istehsal, sənaye və ticarət sahəsində ən böyük pay dövlətə məxsus holdinqlərin əlində cəmləşib.
Pərviz Fəttah prezident Mahmud Əhmədinəjad hökumətində energi naziri postunu tutub. Hazırda İranın ən böyük xeyriyyə təşkilatı olan “İmdad İmam Xomeyni”, yəni İmam Xomeyni Yardımlaşma Təşkilatının sədridir. Bir qədər əvvəl adı prezidentliyə namizədlər sırasında hallanırdı. Əslən Ərdəbilin Qarabağ rayonundandır, orada doğulub.
İranın hazırkı enerji naziri Həmid Çitçiyan və sənaye naziri Məhəmmədrza Nemətzadə, ondan əvvəlki nazir Rza Rəhmani də azərbaycanlıdır.
İran parlamentinin birinci vitse-spikeri Məsud Pezeşkiyan azərbaycanlıdır. “İslahat” qanadının ən məşhur simalarından olan Pezeşkiyan prezidentliyə alternativ namizədlərdən biri hesab olunur.
İran viste-prezidenti Şəhindoxt Movlaverdizadə, İran mərkəzi sığorta təşkilatının rəhbəri Əbunnaser Hemməti, Ali Divanın, yəni, ən yüksək məhkəmə orqanının rəhbəri Hüseyn Kərimi, eləcə də İxtilafların həlli şuralarının sədri Məhəmməd Mehdi Əhmədi Miyanəci Azərbaycan əsilli şəxslərdir.
Bundan başqa, hazırda Sistemin Nizamının Məsləhətinin müəyyən edən Qurumun üzvü, eləcə də tanınmış diplomat və İran Atom Enerjisi qurumunun sabiq sədri Qulamrıza Aqazadə də azərbaycanlıdır.
“İslahat” qanadının daha bir məşhur siması Mohsen Mehrəlizadə də azərbaycanlıdır. Mehrəlizadə prezident Məhəmməd Xatəminin komandasında idman naziri postunu tutub, prezidentliyə namzəd olub.
Mahmud Əhmədinəjad kabinetində şəhərsalma naziri Əli Nikzad İranın ən çox sevilən nazirlərindən olub. Hətta prezidenti Həsən Ruhani də ona hökumət kabinetində iş təklif edib. Əli Nikzadın nazir olduğu dövrdə İranda milyonlarla evsiz insan dövlət proqramı çərçivəsində ev sahibi olub.
İranda müxalif siyasətçilər arasında ən məşhuru ölkənin sabiq baş naziri, “yaşıl hərəkat” liderlərindən olan Mir Hüseyn Musevidir.
Dini alimləri arasında Seyid Əli Xameneyi ilə yanaşı mərcəyi təqlid Cəfər Sübhanı Təbriz şəhərindəndir. Müctəhid Bəyat Zəncani də azərbaycanlıdır. Qumda nüfuzlu müctəhidlərdən olan Ayətullah Yədullah Duzduzani və daha nüfuzlu alim var ki, onlar da azərbaycanlıdır.
İran ordusunda bir sıra mühüm postlarda da azərbaycanlılar var.
Daha bir azərbaycanlı din xadimi, müctəhid Ayətullah Şubeyr Zəncanidir.
Ali dini liderin hərbi məsəələlər üzrə köməkçisi, “Sepah”ın keçmiş komandanı general Yahya Rəhim Səfəvi. General Səfəvi İran-İraq müharibəsində iştirak edib, 1997-2007-ci illərdə “Sepah”ın baş komandanı olub.
Müdafiə naziri general Əmir Hatəmi 1966-cı ildə Zəncan vilayətində dünyaya gəlib. İran-İraq müharibəsində iştirak edib. Könüllü “Bəsic” qüvvələrinin döyüşçüsü olub. 2017-ci ildən İranın müdafiə naziri postunu tutur.
İran ordusuun hazırkı baş qərargah rəisi general Məhəmməd Baqeri 2016-cı ildən İran ordusunun baş qərargah rəisi postunu tutur. Əslən Təbriz yaxınlığından Əfşar tayfalarındandır. İran-İraq müharibəsində iştirak edib.
İran ordusunun generalı Mustafa Məhəmməd Nəccar 2005-2009-cu illərdə müdafiə, 2009-2013-cü illərdə daxili işlər naziri postunu tutub. 1956-cı il təvəllüdlü Nəccar İran-İraq müharibəsində və kürd üsyanlarının yatırılmasında iştirak edib. 1979-2005-ci illərdə “Sepah”da xidmət edib.
Bundan başqa İran silahlı qüvvələrinin hava qüvvələrinin baş komandanı general Əziz Nasirzadə əslən azərbaycanlıdır. Nasirzadə 2012-ci ildən İran hava qüvvələrinə rəhbərlik edir.
İran dəniz qüvvələrinin komandanı admiral Hüseyn Xanzadi türkməndir. 1967-ci il təvəllüdlü Xanzadi 1986-cı ildən İran ordusunda xidmətdədir. 2 ildir ki, İran dəniz qüvvələrinə rəhbərlik edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button