ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Belçikanın rəsmi qəzeti Kərbəla zəvvarları barədə

Belçika qəzeti bir çox problemlərə baxmayaraq, müqəddəs Kərbəla şəhərinin İraqda turizm sektorunun aktivləşdirilməsində rolunu yüksək qiymətləndirib.

Qafqaz.ir xarici mediaya istinadən xəbər verir ki, Belçikanın rəsmi “Laliberi” qəzeti xarici turistlərin İraqa gəlişi və müqəddəs Kərbəla şəhərinin bu mövzuda mühüm roluna toxunaraq yazıb:

“Kərbəla şəhəri, bütün problemlərə, xüsusən də dövlət dəstəyinin olmamasına baxmayaraq, İraqda turizm sektorunu aktivləşdirib.

Qəzet daha sonra əlavə edib:

“Müqəddəs Kərbəla və Nəcəf Əşrəf şəhərlərindəki turizm mehmanxanaları, bu sektorda xüsusi sərmayəyə ehtiyac olmasına baxmayaraq, hər il minlərlə xarici zəvvar və turisti qəbul edir”.

Xəbərdə həmçinin qeyd olunub ki, İraqın mərkəzi və cənubundakı tarixi yerləri ziyarət edən bir qrup xarici turist İraq xalqının istiqanlılığını və səxavətini yüksək qiymətləndirib.

Bildirilir ki, İraq xalqının zəvvarların onların evində qonaq olmasından hədsiz sevinməsi turistlərin təəccübünə səbəb olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button