ArxivXəbər lentiXəbərlər

Azərbaycanı hədələyən və sonra öldürülən İŞİD-çi 18 il əvvəl qətl törədibmiş – FOTO

Azərbaycanı hədələyən və sonra öldürülən şəxsin kimliyi məlum oldu
Bir müddət öncə sosial şəbəkələrdə Azərbaycan prezidentini hədələyən və ölkədə terrorlar törədəcəklərini bildirən və sonra ölüm xəbəri yayılan vəhhabi – İŞİD qruplaşmasının üzvünün kimliyi məlum olub

“İslaminSesi”nin “Lent.az”a istinadən verdiyi xəbərə görə, Azərbaycanı terror aktları ilə hədələyən həmin şəxs əslən Kürdəmir rayonundan olan, ağır cinayətlər törətdiyinə görə əvvəllər məhkum edilmiş, 24 dekabr 1978-ci il təvəllüdlü İslamov Ramil Akif oğludur. Ramil İslamov, təxminən 18 il əvvəl Kürdəmirdə “Qızıl Natiq” adi ilə tanınan biznesmeni qətlə yetirən qrupun üzvü olub və cinayətdən bir neçə ay sonra həbs olunub.

Məhbus həyatı zamanı radikal dini təriqətlərdən birinin təsiri altına düşən Ramil İslamov daha sonra Azərbaycandan çıxıb və terrorçuların nəzarətində olan ərazilərə gedib. Digər məlumata görə, Ramil İslamov Kürdəmirdə doğulub böyüsə də, sonradan Bakı şəhərinin Sabunçu rayonuna qeydiyyata düşüb.

Ramil İslamov terrorizmdən beynəlxalq axtarışa verilibmiş.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button