ArxivXəbər lentiXəbərlər

Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

Ötən iki ildə Azərbaycanın xarici ticarət dövriyyəsi xeyli azalıb.

Cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi təqribən 1.09 milyard dollar olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 40% azalma deməkdir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin bildirdiyinə görə, yanvar ayında 442 milyon dollar idxala malik olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.9% daha azdır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu müddət ərzində ixracatın miqdarı da 657 milyon dollar olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 48.5% daha azdır.

Hesabata görə, bu müddət ərzində neft satışı hesabına əldə edilən gəlirlərin miqdarı 31 milyon dollar olub. Halbuki, ötən ilin müvafiq dövründə bu rəqəm 50% daha çox idi.

Ekspertler özəl sektorun himayə edilməsi üzrə lazımi tədbirlərin görülməsini vacib hesab edir və bildirirlər ki, hazırkı vəziyyətin davam edəcəyi təqdirdə, manatın daha artıq dəyər itirməsi ehtimalı qaçılmazdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button