Xəbərlər

Azərbaycan Respublikasında vəhhabilərin söz savaşı

Azərbaycan Respublikasında vəhhabi quruplaşmalar APA xəbər agentliyinin vasitəsi ilə söz savaçşna başlayıblar.

Vəhhabilərin başçısı sayılan imamı Qamət Süleymanovun APA-ya verdiyi və digər KİV-lərdə tirajlanan müsahibəyə onun rəğibi Əlixan Musayev yenədə APA vasitəsi ilə cavab verib.
Azərbaycan Respublikası hökuməti tərəfindən yönləndirilən vəhhabilərin söz savaşında Əlixan Musayev, Qamət Süleymanov və onun tərəfdarlarının bəyanatına cavab verib.
O, bir neçə tərəfdarı ilə birgə hazırladığı cavab bəyanatını APA-ya göndərib.
APA Ə. Musayevun bəyanatına istinadən yazıb : “Əbu Bəkr” məscidi ətrafında baş verən məlum hadisələrdən sonra geniş kütlə arasında nüfuzunun get-gedə aşağı düşməsini görən Qamət Süleymanov artıq neçənci dəfədir ki, fitnələrə əl atır. Məni təkfirçilikdə ittiham edən Qamət Süleymanov yaydığı bəyanatla faktiki olaraq özü məni təkfir edib. Bunun da müəyyən səbəbləri var. İslam elmləri cəhətdən demək olar ki, dərin məlumatı olmayan Qamət Süleymanovun ətrafında bir zamanlar toplaşan qardaşlar onun naşılığı və səriştəsizliyinə əmin olduqdan sonra daha doğru söz deyən, daha elmli insanların axtarışına çıxıblar. Bunu anlayan Qamət Süleymanov isə aşkar, intellektual, elmi bəhslərdə aciz olacağını əvvəlcədən anlayaraq belə çirkin, İslama və müsəlmana yaraşmayan vasitələrə əl atır, yanındakı qardaşları da aldadır və səhv yola yönəldir.”
Əlixan Musayev əlavə edib : “Bu fitnə artıq əhli-sünnə və camaat arasında bir neçə xoşagəlməz qarşıdurmalara İçərişəhər məscidi, Müşfiqabad qəsəbə məscidi və başqa yerlərdə gətirib çıxarıb”.
Ə. Musayev əlavə edib : “Məni Suriyada vuruşanlara dəstək verməkdə ittiham edən Qamət Süleymanov özünün “Youtube”-da yayılan videosunda ordakı terrorçulara “Allah onlara kömək olsun” kimi dua etməsi əks olunub. Bunu nəzərə alaraq, bir daha təkrarlamaq yerinə düşər ki, Qamət Süleymanovun məni hədəfə almasının kökündə heç də İslam təşəbbüsü, yaxud Suriyada öldürülən aldadılmış müsəlmanlara canı yanması dayanmayıb. Çox təəssüf ki, Qamət Süleymanovun məqsədi yalnız özünə rəqib hesab etdiyi ilahiyyatçıları nüfuzdan salmaqdır.”
Ə. Musayev bəyanatının sonunda əlavə edib : “Qarabağ kimi problemi olan vətənimizi tərk edib Suriyada bəlli olmayan məqsədlər üçün pərdəarxası qüvvələrə xidmət etməkdən, ən acınacaqlısı isə canlarını boş yerə fəda etməkdən vaz keçsinlər”.
Dünən Q. Süleymanov və tərəfdarları Ə. Musayevin sıralarından tərk edilməsi ilə bağlı bəyanat yayıblar: “Çox sayda yalanlar danışdığına və ondan tələb edilən məsələlərdə açıqlama verməkdən boyun qaçırdığına görə Əlixan Musayev və Mübariz Qarayev mənhəclərini bəyan edənə qədər bizim sıralarımızdan tərk edilsinlər”!
Qeyd edək ki, Suriyada vəhhabi quruplaşmalar o cümlədən Əl-Nüsrə və DAEŞ arasında söz savaşı iki quruplaşmanın qanlı toqquşmalarına gətirib çıxarmışdır.
Azərbaycan Respublikası hökuməti keçən 20 ildə ölkədə heç bir ictimai bazası olmayan vəhhabi cərəyanının yaranmasına şərait yaratmaqla xalqın əsil İslam dininə marağını önləməyə və çaşdırmağa çalışıb ki, hazırda azərbaycanlı vəhhabilərin söz savaşı da bu planın tərkib hissəsi sayılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button