Xəbərlər

Azərbaycan R-da şiə fəal həbsdən azad edildi

Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri və Azərbaycan Respublikasında şiə fəallardan olan Mehdi Məmmədov həbsdən azad edilib.
O, üç həftə öncə Azərbaycan Respublikasının Milli Məclisində təsdiq edilmiş ümumi amnistiyaya şamil edilib.
Bu azəri şiə 2012-ci ilin fevral ayında Azərbaycan Respublikası dövlətinin MTN-i tərəfindən həbs edildi və ondan sonra ona 236 qram heroin daşımaq kimi gülünc ittihamla hökm oxundu!
Azərbaycan Respublikası dövləti narkotik maddə və silah daşımaq və saxlamaq kimi saxta ittihamlarla şiə və islamçı fəalları həbs edib, formal məhkəmələr təşkil etməklə onları uzun-müddətli həbslərə məhkum edir. Bu dövlət beləliklə öz təsəvvüründə inqilabçı və ədalətsevər İslamın genişlənməsinin qarşısını almaq istəyir.
Son zamanlar İran İslam Respublikası və Azərbaycan Respublikası hökumətlərinin çaxnaşmaları aradan qaldırmaq üzrə səyləri ilə Azərbaycan Respublikası hökuməti tərəfindən bu ölkənin dini fəallarına qarşı zülmlərin aradan qaldırılması istiqamətində müsbət hərəkətlərə başlanılıbdır.
Elə bu istiqamətdə şənbə günü 2012-ci il aprelin ikisində qeyri-qanuni silah daşımaq ittihamı ilə həbs, sonra isə bir il yarım həbsə məhkum edilən Azərbaycan Respublikasının şiə fəallarından olan Höccətülislam Hacı İlham Əliyev də azad ediləcəkdir.

azeri.sahartv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button