ArxivXəbər lentiXəbərlər

Azərbaycanın xarici borcları artıb

Azərbaycanın maliyyə naziri ölkəsinin xarici borclarının artmasından xəbər verib.

APA-nın məlumatına görə, Samir Şərifov çərşənbə axşamı xarici borcların artmasının səbəbini manatın dollar qarşısında dəyər itirməsi və ümumdaxili istehsal həcminin azalması adlandırıb.

Samir Şərifov həmçinin, xarici borcların artmasının səbəbini bu ölkə bankları tərəfindən götürülmüş xarici borclarla bağlı öhdəliklərin hökumət tərəfindən üstələnməsi adlandırıb  və deyib: Azərbaycan hökuməti bank və maliyyə sistemini yaxşılaşdırmaq məqsədilə 2.3 milyard dollar həcmində xarici borcu öz üzərinə götürüb.

Azərbaycanın maliyyə naziri xarici borcların artmasının üçüncü səbəbini cənub axını qaz layihəsi adlandırıb və deyib: Azərbaycan hökuməti bu layihə ilə bağlı xarici borclara zəmanət verib.

Rusiya mənbələri bundan öncə Azərbaycanın xarici borclarının 12 milyard dollara çatmasından xəbər vermişdilər.

Azərbaycan mənbələri isə valyuta ehtiyatlarının təqribən 70% azaldığını bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button