ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Qafqazda elm dünyasının ulduzları – şəhid Ayətullah şeyx möhsüm astarai lənkərani

Qafqazda elm dünyasının ulduzları –
AYƏTULLAH ŞEYX MÖHSÜN ASTARAİ LƏNKƏRANİ

Ayətullah Şeyx Möhsün Astarai Lənkərani 1880-ci ildə (1297 h.q.) və ya bir neçə il ondan öncə, Lənkəran məntəqəsinin Astara şəhərinin tabeçiliyində olan Ərçivan kəndində dünyaya gəlmişdir. Axund Əbdüssəmədin oğludur. Qafqazın əzəmətli alimlərindən və dəyərli ruhanilərindən biri olmuşdur.
Mədrəsə və ilkin məlumat məqsədli dini hövzə dərslərini atasının və məntəqə ruhanilərinin hüzurunda öyrənmişdir.
Sonra cavanlığında Ərdəbil dini hövzəsinə gedərək, orada ali səthi dərsləri Hacı Mir Saleh Müctəhid Ənavri və Ağa Seyid Mürtəza Xəlxali və başqa əzəmətli alimlərdən dərs almışdır.
Sonra isə 1897-ci ildə müqəddəs Nəcəfi-əşrəf şəhərinə səfər etmiş, orada Mövla Məhəmməd Fazil Şərabyani, Seyid Məhəmməd Kazım Təbatəbai Yəzdi, Axund Molla Məhəmməd Kazım Xorasani və digər böyük alimlərin elm xəzinəsindən bəhrələnərək, ali elmi və mənəvi məqamlara sahib oldu.
O, təqribən 1914-cü ildə öz doğma vətəninə qayıydır. Bolşevik inqilabının ciddi şəkildə dağıdıcı və zərərli olduğunu anladığı üçün, bu ateist ideyalarına qarşı geniş miqyaslı və yorulmadan mübarizə aparır. Şeyxin bu mübarizəsi o qədər güclü və təsirli idi ki, kommunist inqilabının rəhbərləri onunla amansız mübarizəyə qalxdılar. Üç il ona qarşı amansız tədbirlər və təzyiqlər davam etdi və sonda 1917-ci ildə (1335 h.q.) onun məntəqədəki nüfuzuna dözməyən zalımlar, bu dəyərli alim və mücahidin evinə hücum çəkdilər. Onu öz evinin həyətində, ailəsinin gözləri önündə, faciəli bir şəkildə şəhid etdilər. Mübarək vücudu doğulduğu məkanın qəbiristanlığında yerləşir. Allah məqamını daha uca etsin!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button