ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Seyyid Şəhadət Heydərov: “Digər yerlər diqqət mərkəzindədir, amma məscidlər yox”

Artıq İslam dünyasının həssas yanaşdığı müqəddəs üçaylar daxil olmuşdir. Giperssilka.ru bildirir ki, Müqəddəs Ramazan ayının xəbər vericisi olan bu ayların ilki, Rəcəb ayının ilk günü cari ildə 12 fevral gecəsi daxil olmuşdur. Müsəlman aləmində daha çox ibadətə zaman və diqqətin ayrıldığı bu dövrdə Allah evləri olan məscidlər xüsusilə diqqət mərkəzində olur. Belə bir vaxtda məscidləri üzünə bağlı olan müsəlman Azərbaycan xalqında yaranmış vəziyyət narazılıqları artırmaqdadır.

Hazırda ölkə xalqı məscidlərin açılmasını, qarşıdakı mənəviyyat aylarında Allah evlərində mənəvi ünsiyyətə can atır. Bakının Bülbülə qəsəbəsi “İmam Ümmət” məscidinin axundu Seyyid Şəhadət Heydərov cümə günü, 12 fevral 2021-ci il tarixdə  söylədiyi xütbədə yaranmış vəziyyətə bir daha toxunub. Azərbacanın 44 günlük Qarabağ müharibəsində haqq etdiyi qələbəsinin əldə edilməsində məscidlərin xüsusi rolunu xatırladan Seyyid Şəhadət bildirib: 

“Bildiyimz kimi, mübarək aylar, mənəviyyat ayları gəlir, məscidlər isə hələ də bağlıdır. Məscidlər 2020-ci ilin mayından bağlıdır. Biz görürük ki, bir çox yerlərdə açılışa gedilir, hətta çox da mühüm olmayan yerlərin açılmasına şahid oluruq. Məscid və ziyarətgahlar isə bütün protokllara cavab verir, bütün şəraitə riayət olunur. Bunun üçün hər cür şərait olduğu halda hələ də məscidlər bağlıdır. Buna görə də, görürük ki, cəmiyyətdə möminlər çox narahatdırlar. Artıq bu narahatlıqlar hiss olunur. Narahatdırlar ki, hər yer açılır, hər yer isitifadə olunur, ancaq Allahın evi məscid fərdi ibadət üçün belə açılmayıb. Buna görə bu narahatlıqlar var, buna diqqət etmək lazımdır. Bizim 44 günlük müharibəmizdəki qələbəmizdə və pandemiya dövründə məscidlərin roluna şahid olduq. Pandemiya dövründə aztəminatlı ailələrə köməklik, məscidlərin müharibə dövründə verdiyi dəstək… Eyni zamanda biz diqqət etdikdə, görürük ki, məscid bu işlərdə həmişə öndə olub. Məsələni əsgərlərimizin belə mənəviyyata sahib olması, şəhadət ruhiyyəsi həll etdi. Şəhadət ruhiyyəsi olmayandan sonra insanlar bir yolla öz canlarının dərdində olarlar, canlarını qoruyarlar. Bu mənəviyyatı illərdir bizə aşılayan məscidlər olub. Məscidlər inanc yerimiz, mənəviyyat yerimizdir. Həmişə görmüşük ki, məscidlərdə paklığa, təmizliyə və digər bütün məsələlərə riayət olunub. Məscid əhli daim belə məsələlərə görə məsuliyyət daşıyıb, öz məsuliyyətini bilib və ona riayət edib. Hər hansı bir kafeyə, restorana baxdıqda, oarada bu məsələlərə nə qədər riayət olunur? Kim deyə bilər ki, o qaşıq, o nimçə (qab, – red.), o stəkan lazım olduğu kimi dezinfeksiya olunub. Belə yerlərdə açılışlara gedilirsə, məscidlər də diqqət mərkəzində olmalıdır. Bizim yüksək mənəviyyatımız məscidlərdəndir və bu yüksək mənəviyyat bizim çox məsələlərimizi həll edir, istər psixoloji, istərsə də maddi olsun. İnsanlar pandemiya üzündən nə qədər panikaya düşür, amma onlara mənəvi cəhətfdən dəstək olsa, intiharlar, insanların süstləşməsi, insanların tənbəlləşməsi və ilaxır məsələləri mənəvəiyyat aradan qaldırır. Hətta qonşu xristina ölkələri də açılışa gedir. Xristian ölkələri var ki, məscidləri açıblar. Amma biz… Biz həmişə bunu deyir və dünyaya elan edirik ki, biz tolerant ölkəyik. Biz dünyaya elan etmişik ki, məscidə hörmət qoyuruq. 44 günlük müharibədə işğal olunmuş torpaqlarımız azad olunanda, biz o məscidləri dünayaya göstərirdik, məscidə hörmətimizi bildirirdik. Və dünyanı tənqid edirdik ki, məscidlər hörmətslizik olunub, buna gərək susmayasınız. Biz bunları deyirdik, amma bu gün əgər məsciddə bütün protokollara uygun şərait varsa, biz məscidin məsələsini heç müzakirə belə etmiriksə, onda burada ikili yanaşma ortaya çıxır. Onda bunu bizim qabağımıza qoayacaqlar, bizə deyəcəklər, axı siz məsciddən danışırdız, amma siz hələ heç məscidin məsələni müzakirə belə etmirsiniz. İnsanlar, möminlər buna görə çox narahatdırlar, möminlərin narahatlığı nəzərə alınmaldıır. Biz daim gərək məscidlərimizi, mənəviyyat ocaqlarımızı, ziyarəgahlarımızı diqqət mərkəzində saxlayaq. Bu gün heç bir müşkül olmadığı təqdirdə… Demirik ki, məscid açılsın və beş yüz nəfər, min nəfər gəlsin camaat namazı qılsın, insanlar orada sıx şəkildə oturmasinlar. Xeyr, məscid ibadətə açılsın. Gigiyenik baxımdan bir adamın, bir möminin küçədə, toz-torpağın içində namaz qılması düzgündür, yoxsa məsciddə dəstəmaz alıb  məsciddə namaz qılması?! Hansısa kafedə, restoranda namazını qılsın, yoxsa məsciddə?! Hansı daha məntiqə uyğundur? Biz şəhudlərimizin hörmətinə, şəhidlərimizi dua edək məscidlərdə. Mənəviyyat aylarındayıq, bu aylarda biz məscidin məsələsinə baxaq, buna diqqət etmək lazımdır. Bu məsələ öz həllini tapmalıdır”.

Dəyərli ruhanilərə, məscid və ziyarəgah xadimlərinə üzünü tutan Seyyid Şəhadət onları aylardır məscidə həsrət qalmış insanları düşünməyə çağırıb:

“Əziz möminlər, əziz ruhanilər, düzdür, bizim imkanımız var məscidlərə daxil olub çıxmağa, biz gərək özümüzü başqaları ilə müqayisə edək. Fikirləşməliyik ki, bir ilə yaxındır ki, insanlar məscid üzü görmürlər, onlar hansı mənəvi sarsıntılar keçirirlər?! Gərək möminlər bu məsələ barədə xahiş etsinlər, müraciət etsinlər. Bu məsələyə diqqət edərək əllərindən gələni etməlidirlər. Bir daha müvafiq yerlərdən istəyirəm ki, məscid məsələsinə diqqət ayırsınlar. Digər yerlər diqqət mərkəzindədir, amma məscid yox”.

Qeyd edək ki, Azərbaycanda məscidlər pandemiya üzündən 2020-ci ilin may ayından bağlanıb və həmin dövrdən ölkədə müsəlmanların ibadət məkanları bağlı saxlanılır. Bununla yanaşı ölkədəki kilsə və sinaqoqlar fəaliyyətini davam etdirməkdə, məsihi və yəhudi vətəndaşlar ibadətlərində məhdudiyyətlə qarşılaşmırlar.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button