ArxivXəbər lentiXəbərlər

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb

“Report”un məlumatına görə, mətndə deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.

Biz heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button