Arxiv

Gələcək fəsadlar haqqında kimsə düşünürmü?

Bir yandan vəhabi dalğasının geniş yayılması, digər yandan da kürd fəallarının iddialarının gələcəkdə hansı fəsadlar törədə biləcəyini və Azərbaycanı nə hala sala biləcəyini təxmin etmək çətin deyil.

Ötən həftələrdən başlayaraq Azərbaycan mətbuatında tez tez Kürdüstan Muxtariyyətinin iddialarından bəhs edilir. Belə ki, İraqda qurulmuş Kürdüstan Muxtariyyətində bəzi dairələr Böyük Kürdüstan ərazisinin xəritəsini fürsət düşdükcə müxtəlif müstəvilərdə nümayiş etdirir.

Nümayiş etdirilən xəritədə Böyük Kürdüstan təkcə İraq və Türkiyə ilə məhdudlaşmır, bura həm də Azərbaycanın Naxçıvan və İranın böyük bir hissəsi aid edilir. İranın Böyük Kürdüstan xəritəsindəki izahına bir qədər sonra baxarıq, hələlik Azərbaycanda bu məsələnin yaratdığı ictimai müzakirələr və bunu səbəb olan məqamlardan bəhs edək.

Mətbuatda və sosial şəbəkələrdə Böyük Kürdüstanla bağlı aparılan müzakirələrə diqqətin cəlb olunmasında önəmli rolu oynayan İraq Kürdüstan Muxtariyyətinin hakimiyyəti, Türkiyə vasitəsilə Azərbaycana gələn kürd missionerlərinin fəaliyyəti və əlbəttə ki, bütün bunlara Azərbaycanda dəsətk verən İlham Əliyev hakimiyyətində təmsil olunan çox yüksək ranqlı məmurlar və şəxslərdir.

Kürdlərin daha əvvəl də Azərbaycanda nəzərəçarpmayan mədəniyyət mərkəzləri, təşkilat və qurumları olub, “Ronahi” mədəniyyət mərkəzi bu təşkilatlar arasında ən tanınanı olsa da yüksək fəallığı ilə gündəmə gəlməyib. İndi isə vəziyyət bir qədər dəyişib.

İlham Əliyev hakimiyyətində qərbpərsət, sionistpərəst, türkpərəst, ruspərəst olan qruplar var ancaq onların hamısının ya başında ya da tərkibində böyük nüfuza sahib olan kürdlər yer alır.

Cəmiyyətdə çox yaxşı tanınan bü kürdlərdən bir neçəsini adını çəksək gərək İlham Əliyevin şəxsi mühafizə xidmətinin başçısı, general polkovnik Bəylər Əyyubovu, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu, nəqliyyat naziri Ziya Məmmədovu, daxili işlər naziri Ramil Usubovu, milli təhlükəsizlik naziri Eldar Mahmudovu, Milli Məclisin sədri Oktay Əsədovu qeyd etməliyik. Diqqət etdinizsə güc nazirlərinin üçündən ikisi kürd qruplarındadır, müdafiə nazirləri isə özləri bu qrupa daxil olmasalar da, bu strukturda olan yüksək rütbəli zabitlərin böyük hissəsi və bir çox generallar da kürd qruplarında yer alıb.

Adları qeyd olunan vəzifəli şəxslər hamısı deyil, onlardan başqa deputatlar, yüksək rütbəli vəzifəli şəxslər, nazir müavinləri və komitə rəhbərləri var ki, kürd
” İlham Əliyev hakimiyyətində qərbpərsət, sionistpərəst, türkpərəst, ruspərəst olan qruplar var ancaq onların hamısının ya başında ya da tərkibində böyük nüfuza sahib olan kürdlər yer alır. “
mafiyasına aid edilir. Üstəlik bu adamlar təkcə dövlət məmuru da deyil, onlardan hər biri iqtisadiyyatın bir neçə sektorunu öz inhisarında saxlayır.

Prokurorluq orqanlarında da kürd mafiyası azlıq təşkil etmir, məsələn, fəal kürd ziyalılarından, ağsaqqalından sayılan Əli İldırımoğlunun 3 oğlundan ikisi (Yusif və Rasim İldırımzadə) prokurorluqda yüksək vəzifədə çalışır, digəri –Yunis İldırımzadə isə təkcə “Əmrahbank”ın sahibi deyil, həm də ərəb ölkələrində və Avropada böyük biznes layihələrini maliyyələşdirir.

Başqa bir misal, “Azərsun” holdinq qida sənayesi üzrə təkcə Azərbaycanda inhisarçı şirkət deyil, ümumiyyətlə Cənubi Qafqazda, Rusiyanın cənub bölgəsində, orta asiya respublikalarında da qida bazarında ciddi rəqiblərdən biridir.

Bu tabloya baxanda Azərbaycandakı kürd mafiyasının Məsud Bərzaninin əmrlərinə tabe olmaları şübhə yaradır, elə ekspertlər üçün də inandırıcı gəlməyən məhz bu skeptik məqamdır. Ancaq düşünəndə ki, Məsud Bərzani özü də İsrail və ABŞ-ın əlində olan oyuncaqdır o zaman Azərbaycandakı kürd mafiyasının İraqla bağlılığını anlamaq çətin olmur. Onu da qeyd edək ki, Böyük Kürdüstan layihəsi Azərbaycanda təkcə Naxçıvana iddia ilə məhdudlaşmır, bura Qarabağın bir hissəsi də əlavə olunub.

Böyük Kürdüstanın İran ərazinə iddiasının 3 səbəbi var.

Birincisi, kürdlərin fikrincə xəritədə İranın göstərilən ərazilərinə kürdlər öz torpaqları kimi baxır, bu gün də orda milyonlarla kürdlərin yaşadığı bildirilir.

İkincisi, Məsud Bərzani özün cəmi bir il İran ərazisində mövcud olan Mehabad şəhərində anadan olub və kürd ideoloqlarının fikrincə bu tarixi amil Böyük Kürdüstan layihəsindən kənar qala bilməz.

Üçüncüsü isə, ABŞ və İsrail bütün planlarında İranı heç zaman unutmurlar, fürsət düşdükcə İrana zərbə vurmaq üçün hər şeydən istifadə edirlər. İranda “azərbaycanlıların milli hüquqları” mövzusunda İslam Respublikasını zəiflətmək üçün istifadə etdikləri texnologiyaları Böyük Kürdüstan layihəsində də istifadə edirlərsə burda təəccüblü bir şey olmamalıdır.

Hələlik kürdlər Azərbaycanda ictimai fikrə təsir etmək, “maarifləndirmə”, təbliğat işləri ilə məşğuldurlar. Onlar Azərbaycanda hələlik silahdan yox, sözdən, fikirdən, ideyalardan istifadə edir, ancaq yaxşı məlumdur ki, təbliğat mərhələsinin bitdiyini qəbul etdikdən sonra növbənin silahlı mərhələyə gələcəyini düşünəcəklər.

Bir yandan vəhabi dalğasının geniş yayılması, digər yandan da kürd fəallarının iddialarının gələcəkdə hansı fəsadlar törədə biləcəyini və Azərbaycanı nə hala sala biləcəyini təxmin etmək çətin deyil.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button