ArxivIslamQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ərdəbil valisi: Sərhəd bölgəsində azad ticarət və sənaye zonası yaratmaq prioritet olsun

Ərdəbil əyalətinin valisi deyib: Sərhəd bölgəsində azad ticarət və sənaye zonası yaratmaq prioritet olsun və onun faydalarından əyalətlərin inkişafı üçün istifadə edilsin.

Qafqaz Həqiqətləri “İRNA”-ya istinadla xəbər verir ki, cümə axşamı Əkbər Behnamcu Ərdəbil əyalətinin proqramlaşdırma və inkişafı şurasının iclasında deyib: “Azad ticarət və sənaye zonası yaratmaq Ərdəbil əyalətini qapalı vəziyyətdən çıxarır və onun hərtərəfli inkişafına kömək edir.”
Vali əlavə edib: “Azad ticarət və sənaye zonası yaratmaqla, istehsal və məşğulluqdan əlavə, Azərbaycan Respublikası ilə iqtisad və ticarət əalqələri genişlənər; dəmir yolunun salınması və bu ölkənin dəmir yoluna birləşdirilməsi də yenə iqtisadi və ticarət mübadilələrinə kömək edəcək.”
Ə. Behnamcu aidiyyatı qurumlar tərəfindən bu layihənin qəbul ediləcəyinə və sərhəd bölgəsi olan Ərdəbil əyalətinin iqtisadiyyatının rövnəqlənəcəyinə ümudvar olduğunu bildirib.
Vali vurğulayıb ki, Ərdəbilin iqtisadi və sosial potensialları, onun kənd təsərrüfatı, sənaye, turizm və Azərbaycan Respublikası ilə ortaq sərhədə sahib olmaq kimi potensiallarına diqqət etməklə, azad ticarət zonasının yaradılmasına imkan verir.
İclasda birinci vitse-spiker Əmirhüseyn Qazizadə Haşimi deyib: “Ərdəbil əyaləti kənd təsərrüfatı və turizm sahələrində zəngin potensiallara malikdir. Bu qabiliyyətlərdən optimal faydalanmaq Ərdəbildə istehsalın artmasına və iş yerlərinin yaranmasına səbəb olacaq.”
Haşimi ölkənin inkişaf yolunun iş yerinin yaradılması və innovasiyada xülasə olduğunu vurğulayaraq deyib: “Məşğulluğun yaradılması üçün müxtəlif bölgələrin özəl sektorlarında investisiya qoyuluşu genişlənməlidir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button