ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Hüquq müdafiəçisi son həbsləri siyasi repressiya sayır

Anar Məmmədli: “Hakimiyyətin tənqidi fikrə dözümsüzlüyü getdikcə artır”

Son bir həftədə Azərbaycanda 9 siyasi və ictimai fəal həbs olunub.
Onların əksəriyyəti hökumətin Qarabağda apardığı hərbi əməliyyatları sosial şəbəkələrdə tənqid edən paylaşımlarına görə cəzalandırılıblar.
Həbs edilən tənqidçilər düşünürlər ki, Qarabağdakı əməliyyatlar Rusiyanın bölgədə yaratdığı süni gərginliklə bağlıdır.
Onların bəziləri isə ümumiyyətlə, müharibəyə etiraz ediblər.
Həbs olunanların bəziləri İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka azadlıqdan məhrum ediliblər.
30 sutka alan keçmiş diplomat Emin İbrahimovu Baş Prokurluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsinə gətiriblər.
O, vəkilinə deyib ki, bu idarəyə ayaqqabısız gətirilib.
Prokurorluqda onu sosial media hesabındakı paylaşımlarına görə “terroru dəstəkləməkdə” ittiham ediblər.
Daha sonra İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə protokol tərtib ediblər.
30 sutka cəza alan Nemət Abbasov və Əmrah Təhməzov isə həbslərindən bir gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinə çağrılaraq müharibə əleyhinə paylaşımlarına görə xəbərdarlıq almışdılar.
Saxlanılanlar arasında jurnalist Nurlan Qəhrəmanlı da var.
İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılan jurnalistin həyat yoldaşı Əsli Qəhrəmanlı bildirib ki, Nurlan Qəhrəmanlını evlərinə gələn mülki geyimli şəxslər zorla götürüb aparıblar.
Sonradan məlum olub ki, jurnalist öncə Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb.
Məhkəmədə hakim qarşısına çıxarılarkən jurnalistin üzərində çoxsaylı xəsarətlər olduğu deyilir.
İnsan hüquqları müdafiəçisi Anar Məmmədli son həbsləri Azərbaycanda siyasi repressiyaların dayanmadığının göstəricisi kimi dəyərləndirib.
Meydan TV-yə danışan Anar Məmmədlinin sözlərinə görə, hakimiyyət ölkədə siyasi qorxu mühiti yaradıb və illərdir ki, belə davam edir, son illər isə bu mühit daha da güclənib:
Ona görə qorxu mühiti saxlamaq üçün tənqidi mövqedə olan insanları qondarma ittihamlarla həbs edirlər. Konkret olaraq, son 2-3 gündə həbs olunanlar arasında Qarabağda başlanan əməliyyatlara qarşı tənqidi yanaşanlar var. Bu da hakimiyyətin hansısa formada apardığı Qarabağ siyasətinə, hərbi əməliyyatlara daxildə tənqidi səslərin qarşısını almağa yönəlib”.
Anar Məmmədli
Anar Məmmədli deyir ki, əslində, bunun özü də siyasi repressiyadır, amma bir az spesifik yanaşma var:
Daha çox çalışırlar ki, Qarabağdakı əməliyyatlarla bağlı heç kim tənqidi mövqedə çıxış etməsin. Tutaq ki, kimsə hərbi əməliyyatların lazımsız olduğunu, başqa birisi əməliyyatların aparılmasını istisna edir, bu, ifadə azadlığının göstəricisi olduğundan həmin insanlara dözümlü yanaşmaq lazımdır”.
Hakimiyyət isə ifadə azadlığına dözümlü yanaşmağı düşünmür”, – Anar Məmmədli belə deyir.
O hesab edir ki, bütün repressiyalar hakimiyyətin fərqli fikrə dözümsüz yanaşdığını göstərir:
“Əfsuslar olsun ki, hakmiyyətin bu dözümsüzlüyü getdikcə artır. Azərbaycan hakimiyyəti hər gün fərqli fikrə daha dözümsüz yanaşma sərgiləyir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button