ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

MBH dindarlara qarşı təzyiqlərin artdığını deyir

Müsəlman Birliyi Hərəkatı bəyanat yayaraq 2022-ci ilin dindar kəsim üçün ürəkaçan il olmadığını bildirir.
Qafqaz.ir-nin məlumatına əsasən, Təşkilatın bəyanatında deyilir: İlin əvvəlindən sonuna qədər hərəkat üzvləri absurd narkotik ittihamı ilə üzləşdilər. Bu sırada Razi Hümbətov 6 il,Elşən Abbasov 2 il həbs cəzası alsalar da ağır narkotik ittihamlarıyla şərlənərək həbs olunan Şahin Qədirli Samir Babayev, Nicat Əliyev, MirTofiq Hüseynov, Mahir Əzimovun istintaq və məhkəmələri hələ də davam edir. İnanclılar Səbuhi Səlimov 16 il, Fəqan Məmmədov 6 il oxunsada digər instansiya məhkəməsinin qərarı ilə sonra 2il azadlıqdan məhrum etmə ilə əvəz edilməsi, Məddah Vüqar Rəsulun eyni, 234.4.3. maddəsi ilə cinayət işinə cəlb edilməsi inancın hədəfdə olmasını göstərən növbəti nümunədir.
Digər tərəfdən illərdir həllini tapmayan sənədlərdə baş örtüyünə süni qadağa tətbiqi bu il də həll olunmayan problemlər sırasında qaldı. Siyasi düşüncəsinə görə məscidlərdən qovulan ruhanilərin xaricdə təhsil alması bu ilin ən çox hədəfə alınan hadisələri sırasında yer aldı. İnanca qarşı polis idarələrində təhqir, ən acınacaqlısı isə işgəncələr zamanı Allahın təhqir olunması da böyük narahatlıqlara yol açan ilin hadisələrindən idi.
Bəyanatda həmçinin qeyd olunur: Bitirdiyimiz il ölkədə dini sahədə çalışan media orqanlarının fəaliyyəti süni məhdudlaşdırıldı. Divarda “Ya Hüseyn” adının yazılması, məscidlərin, ziyarətgahların qapılarına dini bayraqlar vurulmasına maniə, azyaşlı uşaqların məscidə buraxılmaması da qadağalar sırasında yer aldı. Həbsxanalarda inanclılara qarşı davranışlarda yetərincə qanun pozuntusu ilə müşahidə olunan təzyiqlər illik tablosunda yer aldı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button