ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyədə müxalif partiyalar daxili işlər nazirinin istefasını tələb ediblər

Temel Karamollaoğlunun Süleyman Soylunun istefasını tələb etməsi fonunda qeyd edək ki, ötən həftələrdə mafiya və maliyyə rüsvayçılığı Türkiyədə əsas mövzu olubdur.

2020-ci ilin yanvarında ölkədən qaçmış Türkiyə mafiyasının başçısı Sedat Peker bundan öncə hakim partiyanın qanunvericilərindən bəzilərilə dərin əlaqələrə malik olub. O, YouTube-dakı kanalında bir neçə video-çarx paylaşıb və Türkiyənin yüksək vəzifəli şəxslərini cinayətlər və korrupsiyada əllərinin olmasında ittiham edib.

«Bu ittihamlara görə, konkret şəxslər, xüsusən daxili işlər naziri istefa verməlidirlər və dərhal bir məhkəmə prosesi başlamalıdır. Əgər onlar istefa verməzlərsə, prezident tərəfindən kənarlaşdırılmalıdırlar»-deyə Temel Karamollaoğlu vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button