ArxivIslamXəbər lentiXəbərlər

Müsəlmanların 7-ci imamı İmam Museyi Kazımın (ə) mövlud günüdür

Bu gün müsəlmanların 7-ci imamı Həzrət İmam Museyi Kazımın (ə) mövlud günüdür.

SalamNews-un məlumatına görə, İmam Museyi Kazım (ə) hicri-qəməri təqvimi ilə 128-ci ildə səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə, İmam Cəfər Sadiqin (ə) ailəsində dünyaya göz açıb. Onun anası Həmidə adlı xanım olub. İmam Museyi Kazım 54 il ömür sürüb və 35 il müsəlmanlara imamlıq edib.

İmamın həyatının son dövrü zindanlarda keçib və elə zindanda şəhid edilib.

Maraqlı məqamlardan biri onun yerləşdirildiyi həbsxanaların 3 dəfə dəyişdirilməsidir. Buna səbəb isə həm Bəsrə, həm də Bağdad zindanlarının rəislərinin Harun ər-Rəşidə müraciətləri olub. Yüksək əxlaqı, imanı ilə imam zindandakılara o qədər təsir göstərib ki, artıq onlar Peyğəmbər (s) övladını dəmir barmaqlıqlar arxasında qalmasının nə dərəcədə böyük cinayət olmasını anlayıb, bu haqsızlığa şərik olmaqdan çəkiniblər. Elə buna görə də Bəsrədən xəlifəyə belə bir ismarıc göndərilib: “Onu geri al, yoxsa azad edəcəyəm!”

Təbii ki, Harun bu minvalla hakimiyyətinin əsaslarının sarsılmasının qaçılmaz olacağını anlayırdı. İmamın haqq səsini boğmaq, onu Allahın müəyyət etdiyi yoldan döndərmək mümkünsüz idi. Nəticədə İmam Museyi Kazım (ə) məsum əcdadları kimi şəhid edilir. İmam Museyi Kazim (ə) hicri-qəməri təqvimi ilə 182-ci il rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhər verilərək şəhid edilib.

Qeyd edək ki, İmam Museyi Kazımın (ə) Azərbaycanla da bilavasitə əlaqəsi olub. Həzrətin qız övladları – Rəhimə xanım və Həkimə xanım Abbasilərin Əhli-beytə (ə) qarşı həyata keçirdikləri təqiblərdən və zülmlərdən xilas olmaq üçün məmləkətimizə pənah gətirib, həyatlarının qalan hissəsini burada yaşayıb və bu torpaqda da dəfn ediliblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button