ArxivXəbər lentiXəbərlər

“Ölkədə yeni etirazlar və aksiyalar olacaq” – Mirmahmud Mirəlioğlu

“Kommunal xərclərin artması digər problemləri də ortaya çıxardacaq”

Məlum olduğu kimi, srağagün Biləsuvurda cəbrayıllı məcburi köçkünlər işıq pulu ilə bağlı etiraz aksiya keçirib. Aksiya zamanı polislə qarşıdurma yaranıb ki, nəticədə 9 polis əməkdaşı xəsarət alıb.

Ölkədəki iqtisadi böhran və gərginliyin, mövcud qiymət artımının davam edəcəyi təqdirdə digər rayonlarda da bu cür etirazların baş verməsi mümkündürmü?

Moderator-a açıqlamasında məsələyə münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlu bu ehtimalın yüksək olduğunu vurğulayıb:

“Mümkündür ki, bu proses sürətlənsin. Əslində bu cür etirazlar olacaq. Ancaq bu prosesin daha da sürətlənməsi də mümkündür. Ona görə də hazırkı bu vəziyyət, qazın, işığın, suyun qiymətinin qalxması digər problemləri də ortaya çıxardacaq. Yəni zəngirvari bir proses baş verəcək. Ona görə də proseslərin sadəcə bir rayonla məhdudlaşacağını düşünmürəm”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button