AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Qarabağı azad etməyin yolu dini inancları və Aşura təfəkkürünü gücləndirməkdir

Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazında deyib: “Biz Xocalı faciəsində Azərbaycanın günahsız əhalisinin qətliam edilməsini pisləyirik. Bu dəhşətli hadisənin ildönümünə diqqət etməklə, özümü Azərbaycan müsəlmanlarının qəmində şərik bilirəm və ümidvaram ki, tezliklə onların qanının intiqamı alınsın.”

Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi cümə namazında Xocalı qətliamının ildönümü münasibətilə bu faciəyə toxunaraq deyib: “Biz Xocalı faciəsində Azərbaycanın günahsız əhalisinin qətliam edilməsini pisləyirik. Bu dəhşətli hadisənin ildönümünə diqqət etməklə, özümü Azərbaycan müsəlmanlarının qəmində şərik bilirəm və ümidvaram ki, tezliklə onların qanının intiqamı alınsın.”

Qarabağın azad olunmasını arzu edən imam cümə daha sonra deyib: “Nə İsraillə, nə AİPAC-la, nə Minsk qrupu ilə səmimi münasibət, nə böyük dövlətlərlə müzakirə, nə mətbuatın İrana gündəlik hücumu, nə Məclisin Qurana davamlı hücum məharəti və hicablı qadınların hicabını İŞİD-in bayrağına bənzətməyi, nə anbarları silahla doldurmaq, nə şəhidlər üçün anım mərasimi keçirmək, nə sabiq sovet hökumətinin kommunistləri və ateistləri ilə bu gün Qarabağı azad etmək mümkün deyil. Qarabağın azad olunmasının yolu təkcə dini inancları və Aşura təfəkkürünü gücləndirmək, dindarlara yer verməkdir.”

Ərdəbil əhalisinin Ekspertlər Məclisində nümayəndəsi əlavə edib: “Avropa və digər güclü ölkələrlə müzakirə etməklə, onlara yalvarmaqla işğal edilmiş ərazilər azad olunmayacaq. Necə ki, aprel döyüşlərində bir ölkənin sözü ilə işğal edilmiş ərazilərin geri alınması prosesini dayandırdınız və öz əvvəlki mövqelərinizə çəkildiniz.”

Ayətullah Amili vurğulayıb: “Xanəndələrin cəbhəyə gedib oxuması ilə əsgərlərin ruhunu gücləndirmək və onları işğal edilmiş torpaqları azad etməyə ruhlandırmaq olmaz. Bunun üçün cihad və Aşura təfəkkürünü gücləndirmək lazımdır. Həmçinin dindarların müharibə bölgələrində iştirakı ilə bu məsələni həll etmək olar. Amma təəssüflər olsun ki, onların çoxu ya zindanlardadır, ya da hər hansı fəaliyyətdən məhrum edilib. Bu münaqişə uzanıdıqca, Qarabağın azad olunması da qeyri-mümkün bir iş olmağa tərəf yaxınlaşacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button