AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Amili: Çeçenistan konfransı mübarək bir hərəkətin başlanğıcıdır.

Vəhabilik tarix boyu Çeçenistan konfransından ağır və öldürücü bir zərbə görməmişdi. Bu konfrans mübarək bir hərəkətin başlanğıcı və İslam dünyasınıın vəhabilik qarşısında böyük oyanışıdır.
Qafqaz Mədəniyyət Mərkəzi –Vəliyyi-Fəqihin əyalətdə nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində əzadarlıqlarda İmam Hüseynin (ə) yüksək hədəfləri ilə uyğunluğun lüzumuna təkid edib və şəhidlər sərvərinin müsibətində axıdılan göz yaşlarının dəyərini o həzrətlə uyğunluq yaranmasında təsirli adlandırıb.
Həzrət Ayətullah Amili xütbələrinin digər bir hissəsində əmin-amanlığın yaranmasında təhlükəsizlik qüvvələrinin rolunu dəyərləndirib və camiənin hər bir şəxsinin əmin-amanlığa ehtiyaclı olduğunu və ölkədə yaranmış əmin-amanlığa görə təhlükəsizlik qüvvələrinin dəyərli təlaşlarına borclu olduqlarını vurğulayıb.
İmam cümə əmin-amanlığın yaranmasında təhlükəsizlik qüvvələrinin öhdəsinə düşən standart payın 20 faiz olduğunu qeyd edib, ölkəni idarə edən üç qüvvəni və xalqı, xüsusilə də camiənin mədəniyyətini təhlükəsizliyin əsas rüknləri adlandırıb.
Ərdəbilin imam cüməsi son günlərdə Qəzvin-Zəncan dəmir yolunun ikitərəfli olması göstərişini verdiyinə görə dövləti alqışlayıb və eyni zamanda əyalət əhalisinin dövlətə gileyini də çatdırıb ki, dövlət bir əyaləti dəmir yolu nemətindən məhrum edir, amma digər əyalətdə ikitərəfli, yaxud sürətli, ya elektrik, ya da VİP dəmir yolu və qatarları istifadəyə verir.
Ekspertlər Məclisində Ərdəbil əhalisinin nümayəndəsi xütbələrinin digər bir hissəsində son vaxtlarda dünyanın əhli-sünnə alimlərinin Çeçenistanın paytaxtı Qroznıdatoplaşdığı konfransdan geniş şəkildə danışıb. O deyib: “Bu konfransda əhli-sünnənin 200-dən çox alimi, o cümlədən dünyanın əhli-sünnə camiəsinin rəhbərliyini öhdəsinə almış Misirin “Əl-Əzhər” Universitetinin rəhbəri təsdiq etdilər ki, əhli-sünnə vəhabiliyə və təkfirçiliyə şamil olmur, vəhabi və təkfirçilər əhli-sünnə və cəmaətin dairəsindən xaricdir. Əhli-sünnənin etiqadi baxımdan əşəri və maturidi, fiqhi baxımından dörd məzhəbə tabe, əxlaqi baxımdan isə sufiyyə tabe olduqları bəyan olundu”.
İmam cümə çıxışının davamında deyib: “Bu konfransda elan edildi ki, vəhabilik haqsız olaraq özlərini əhli-sünnə və cəmaət adlandırırlar. Onlar təkfirçilik və terrorla İslam dünyasının parçalanmasına və ixtilafların yaranmasına səbəb olurlar. Vəhabilər bu əməlləri ilə İslam üçün böyük bədnamlıq və rüsvayçılıq yaradıblar. Ümmətin vəhdət yolu yalnız bu qrupun əhli-sünnə və cəmaət dairəsindən çıxarılmasındadır”.
Ərdəbil Əyalətinin Ümumi Mədəniyyət Şurasının sədri həmçinin deyib: “Vəhabilik tarix boyu Çeçenistan konfransından bərk və öldürücü bir zərbə görməmişdi. Bu konfrans mübarək bir hərəkətin başlanğıcı və İslam dünyasınıın vəhabilik qarşısında böyük oyanışıdır”.
O əlavə edib: “Bu konfransa vəhabi müftilərindən heç biri dəvət olunmamışdı. Vəhabi müftiləri bu konfransın bütün iştirakçılıarını təkfir etdilər və İslamdan xaric olmuş adlandırdılar”.
Həzrət Ayətullah Amili sonda bizim ölkəmizin kamil və kifayət şəkildə bu konfrans barəsində fikir bildirməməsini tənqid edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button