Arxiv

Qaziyə yardımın sirri

1479273_635615939830852_296602537_n

Zaurun bircə bunda bəxti gətirib ki, intiharı prezidentin keyfli vaxtına düşüb və rejim başçısı da bu cür göstəriş verib.

Həmkarlar İttifaqı Konfederasiyasının sədri və Milli Məclisin deputatı Səttar Mehpalıyevin təcavüzünə məruz qalan Qarabağ müharibəsi əlili, Zaur Həsənovun intiharı barədə bəhs etmişdik.

Xatırladaq ki, 5 uşaq atası, Qarbağ qazisi Zaur Həsənov bələdiyyə ilə müqavilə əsasında istifadə etdiyi çayxana məhkəmə hökmü ilə sökülmüşdü ki, bu məhkəmə davasında iddiaçı tərəf Həmkarlar İttifaqları Konfederasiyası olub.

Bir neçə gün əvvəl isə bütün məhkəmə instansiyalarını uduzan Zaur Həsənov Səttar Mehpalıyevin ofisinin önündə özünü yandıraraq intihara əl atdı, həmin kadrlar mətbuat və sosial şəbəkələrdə yayıldı və ictimai müzakirələr başladı.

HİK məsələni öz üzərindən atmaq üçün məhkəmələri işarə edir, ancaq məhkəmədə də iddianı elə HİK, yəni Səttar Mehpalıyev qaldırıb, digər yandan da heç kim üçün sirr deyil ki, Azərbaycan məhkəmələri, hakimləri İlham Əliyev və onun adamlarının iradəsi altındadır, başqa sözlə belə demək olar ki, elə hakimilərin hamısı İlham Əliyevin tulalarıdır.

Zaur Həsənov intihara cəhd edib, ağır yanıqla xəstəxanaya düşdükdən sonra mətbuat və sosial şəbəkələrdə ictimaiyyətin təpkisi ertəsi günü öz bəhrəsini verdi. Bu gün məlum oldu ki, YAP-dan olan 3 nəfər deputat, Mirkazım Kazımov, Siyavuş Novruz və Mübariz Qurbanlı xəstəxanaya gedib Zaur Həsənova baş çəkiblər, xəstəxana qarşısında toplaşan Qarabağ qaziləri ilə görüşüb onları aksiyadan, etirazdan çəkindirməyə çalışıblar, həmin zamanlar isə Qarabağ qazilərinin təmsilçisi və Zaura yaxın olan bir neçə nəfər HİK-da Səttar Mehpalıyevlə görüş keçiriblər və HİK-dən onlara bildirilib ki, HİK Zaurun hər bir uşağı üçün yetkinlik yaşı çatana qədər 300 manat, qazinin müalicə xərcləri və obyektin sökülməsinə görə 100 min manat pul vəsaiti ödəniləcək.

Bu xəbərdən sonra məlum oldu ki, Qarabağ Qaziləri İctimai Birliyi şənbə günü Fəvvarələr meydanında təşkil olunan “qaziləri qoruyaq” adlı etiraz aksiyasının təşkilatçısı deyil və heç kimə də həmin aksiyada iştirak etmək üçün çağrış etməyiblər. Burda izahı tələb olunan bir məqam var.

HİK və ya həmin qurumun sədri Səttar Mehpalıyev özbaşına intihara məcbur etdiyi Zaur Həsənova bir qəpik belə yardım edə bilməz, ancaq belə bir yardım edibsə deməli bunun üçün prezident İlham Əliyevin göstərişi olub. Belə çıxır ki, baş verənlərdən prezidentin də xəbəri olub və göstəriş verib ki, qaziyə bu cür yardımlar olunsun.

Zaurun bircə bunda bəxti gətirib ki, intiharı prezidentin keyfli vaxtına düşüb və rejim başçısı da bu cür göstəriş verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button