ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İlkin Rüstəmzadə: “DTX belə mənə cinayətkar deməyib”

Qafqaz Həqiqətləri xəbər verir ki, azərbaycanlı fəal İlkin Rüstəmzadə ABŞ rəsmisinin onu cinayəkar adlandırılmasından qəzəbləndiyini bildirib.

İlkin öz Feysbuk səhifəsində yazıb:

“Bu siyasət çox iyrənc şey imiş. Onu anladım bu 2 gündə.

İlham Əliyevin üstünə gözünü yumub gedən, əqidəli, ləyaqətli adamlar məsələ ABŞ konsulu olanda ehtiyat edirlər. Çoxu susur.

Axı sizin də dəyərləriniz təhqir olunub, cənablar. İlkinə cinayətkar deyən üçün, siz güya dəyərlisiz?

Məni ən çox yandıran odur ki, Amerikanın azadlıq və demokratiya ideallarına az qala din səviyyəsində inanırdım.

Reyqanın Berlin divarı önündəki “Mr. Gorbaçov” çıxışı ilə aşiq olmuşdum bu ölkəyə. Azadlıq budur, Amerika budur demişdim.

İndi bu Amerikanın rəsmi diplomatı məni, ölkənin ən öndə olan demokratiya fəallarından birinə deyir ki, insan haqları cinayətdi; sən cinayətkarsan.

Mən 6 il həbsdə olmuşam. Penitensiarın, DTX-nın ən sərt və qəddar zabitlərilə görüşmüşəm bu 6 ildə. Mənə bircə dəfə cinayətkar deməyiblər.

Haqqımda məhkəmənin hökmü olsa da, deməyiblər. Sərt danışıblar, təhdid ediblər, amma cinayətkar deməyiblər.

Beynim darmadağın haldadır. İnandığım nə qədər şeyin yalan olduğunu anlayıram. Və bu məni sarsıdır…”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button