Islam

Ali-Səud hökuməti İslam dininin mədəni irsini məhv etmək istəyir

Hər bir xalqın və ya ölkənin təsviri tarixini onun tarixi abidələrində görmək olar Bir Müddətdir ki, Ərəbistandakı Böyük İslam dininin mədəni irsi məhv olmaqdadır və Səudi hakimiyyəti ilə vəhhabilər müsəlmanların böyük tarixlərini məhv edir.Bir çoxlarının qənaətincə Səudiyyə hökmdarları Hərəmeyn-Şərifeyn layihələri çərçivəsində Məkkə və Mədinə şəhərlərində daha çox zəvvarları qəbul etməklə yanaşı bu müqəddəs məkanların mənəvi cəhətlərinə etinasız yanaşırlar. Livanın İslami Dəvət Universitetinin rektoru şeyx Əbdülnasir əl-Cəbri, əl-Aləm kanalı ilə müsahibədə bildirib: Boş qutulara bənzər binalar Həzrət Məhəmməd (s)-in məzarını Mədinədə əhatə etmişlər. Halbuki, böyük mənalara malik olan məkanları məhv ediblər.

Əvvəldən vəhhabilik əqidələri ilə formalaşmış Səudiyyə hakimiyyəti müxtəlif bəhanələrlə dini məkanlara hörmətsizlik etmişdir . Vəhhabilər xurafatla mübarizə bəhanəsi ilə Məkkə və Mədinənin bir çox tarixi abidələrini məhv ediblər . İslami abidələr üzrə ekspert Sami ƏL-Cavi bu qənaətdədir: Neçə vaxt sonra Məkkənin əski abidələrindən əsər qalmayacaq . Son 50 ildə vəhhabilər Məkkə və Mədinənin 300 dən artıq tarixi abidələrini dağıdıblar. Onlar hətta Peyğəmbərdən qalan əsərləri də məhv ediblər. Onlar bu müqəddəs əsərləri bütpərəstlik ayaması ilə məhv edirlər, mma Ali- Səud hakimiyyəti Peyğəmbər, Əhlibeyt və səhabədən yadigar qalmış hətta onların sadə yaşamalarını təmsil edən evləri əsassız bəhanələrlə məhv etmişlər. Şiələr və sünnilərdə rəvayət var ki, Kəbənin hörmətini qorumaq üçün Məscid-ül-Hərəmın yaxınlığında hündür bina tikilməsin. Son vaxtlara kimi Məscid-ül-Hərəmın yaxınlığında olan ən hündür bina səudilərin qabaqkı şahları Fəhədin sarayından ibarət idi. Amma son vaxtlar səudilər “Saat borcu” adlı bir uca binanı Məscid-ül-Həramın yaxınlığında inşa etmək qərarına gəliblər . Onu az hündürlüyü olan bir neçə başqa göydələn əhatə edəcək. Bu bina 2012-ci il yanvarın 11-də açılacaq. İnşasına qərbli mühəndislər nəzarət etdikləri göydələnlərdə 3 min yataq otağı olan təmtəraqlı otel inşa ediləcək. İki milyard dollarla inşa ediləcək bu təntənəli otellərdə təbii ki sərvət sahibləri gecələyə biləcəklər. Bu yersiz dəbdəbəli işlər Ərəbistanın qabaqkı kralının qızı Bəsmə Binti Səudun etirazına da səbəb oldu. O Saat borcunun tikilməsində böyük korrupsiyanı ifşa edərək söyləyib : Dünyanın ən hündür saatı olan bu layihədə 400 milyon dollar oğurluq olub ancaq onun xəbəri senzor edilmişdir. Bu pul Yapon, Amerikan, Fransız və Çin şirkətlərinə çatmışdır. Bəsmə əlavə edib: Məkkə küçələrində gəzməklə sadəcə çoxlu yoxsul və ehtiyaclıya rast gəlmək olar. Halbuki, biz borc sarayı və villa tikməyimizə davam etdiririk.

Səudiyyə xanədanı belə təbliğ edir ki, Məkkənin Saat borcunun Londonun Qrinviç saatına alternativ seçiləcəyini düşünür. Halbuki bu iş üçün beynəlxalq razılaşmalara ehtiyac var. Ali-Səud fəxr edir ki, Saat borcu gecələr 17 və gündüzlər 11 metrlik məsafədən görünəcək.

Müqəddəs məkanların inkişaf etdirilməsi öz-özlüyündə müsbət işdir amma bu şərt ilə ki tarixi və islami əsərlər məhv olunmasın və hörmətsizliyə məruz qalmasın . Məscid-ül-Həram da inkişaf layihəsinə tuş gəlib, ancaq əski əsərlər və məhəllələr də bu məntəqə də dağılır . Hazırda bu məntəqədə Peyğəmbərin Ərğəm evi , Əli(ə)-ın yaşadığı məkan və Həmzə Seyyid-ül-Şüəhdanın anadan olan məkanı məhv olunmuşlar.

Mədinə şəhərinin islami abidələri vəhhabilər və Ali-Səudun əli ilə dağıdılmışdır. Bu istiqamətdə Bəqi məzarlığının dağıdılmasına işarə etmək olar . Bu məzarlıqda Peyğəmbər(s)-in ata və anası və 4 övladları və bir çox səhabənin pak bədənləri dəfn edilmişdir. 1926-cı ildə vəhhabilər bu məzarlığı torpaqla bərabər etdilər . Onlar bütün binalar, günbəzlər və müxtəlif abidələri viran edib bahalı əşyaları qarət etdilər . Mədinənin Bəni Haşim məhəlləsi də Məscid-ül-Nəbinin yaxınlığında və İslam Peyğəmbərinin sakin olduğu məkanı idi, onun bəzi əsərləri qorunmuşdur. Amma səudilər Ərəbistana hakim kəsiləndən bəri Bəni Haşim məhəlləsi dağılmağa başladı və səudilər 1985-87 –ci illərdə Məscid-ül-Nəbini genişləndirmək bəhanəsi ilə bu məhəlləni dağıtdılar.

Hətta səudilərin Okkaz qəzeti son vaxtlar səudi məsullarının dini və tarixi abidələrə etinasızlıqlarına etiraz etmişdir. Bu qəzet Həmzə məscidinin vəziyyətindən nigaran olduğunu bildirib və əlavə etmişdir: Bələdiyyə, Ohod dağının ətrafında camaatın rahatlığı üçün heç bir imkan nəzərə almamışdır və bu məsələ tarixi Ohod dağının nişanələrinin məhv edilməsinə gətirib çıxarmışdır. Səudiyyə hakimiyyəti öz təbliğatında Məscid-ül-Həram və Məscid-ül-Nəbiyə çox diqqət yetirməsini iddia edir, halbuki digər dini və tarixi məkanları öz başına buraxmışdır.

Həmçinin Cəbəl əl-Nur , Həra mağarası, Əbutalib məzarlığı və digər məkanlar da öz halına buraxılmışdır. Müqəddəs məkanların dağılması və onların mühafizə edilməməsi elə bir səviyyədədir ki, London, Şərq və Afrika Fakültəsinin mütəxəssisi Cefri Kinq bu barədə deyib: Səudiyyə Ərəbistanında islami məkanlar və abidələrin vəziyyəti əfsus doğurur. Bu əsərlərlə əlaqədar olan məsul şəxslər bu abidələrin qiyməti və tarixi dəyəri ilə tanış deyil.

Müsəlmanlar həmişə Məkkə və Mədinə kimi müqəddəs məkanlara səfər edir və onların mənəvi dəyərlərindən bəhrələnir. Allah evinin zəvvarları həmişə bildirmişlər ki, bu müqəddəs məkan o qədər təmtəraqlı və əzəmətlidir ki, digər binalar onun möhtəşəmliyinə təsir buraxa bilməz. Amma hər halda mənfəətpərəstliyə əsaslanan üzdən iraq abadlaşdırma işləri çoxlu ziyanlara gətirib çıxarmışdır . Belə ki müsəlmanların bu iki müqəddəs şəhəri get-gedə islami mahiyyətini itirmiş olur və Avropa memarlığına malik olan şəhərlərə çevrilməkdədir. Buna görə də müsəlmanlar Ali-Səud hakimiyyətini yaxşı əmanət saxlayanlar kimi tanımır.

http://azeri.irib.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button