ArxivXəbər lentiXəbərlər

Gürcüstanda inanclıları və din xadimlərini təhqir edənlər cərimələnə bilər

İslamazeri.az-ın “ria.ru”-ya istinadən verdiyi xəbərə görə, Gürcüstan parlamenitinin deputatı Soso Djaçviliani dini müqəddəsləri, abidələri və ruhaniləri təhqir edənlərin cərimələnməsinə dair parlamentə qanun lahiyəsi təqdim edib. İrəli sürülən qanun lahiyəsi təşəbüsü İnzibati xətalar məcəlləsinə dəyişiklikləri nəzərdə tutur. Təklif olunan qanun lahiyəsində aşkar şəkildə dini məbədlərə qarşı nifrətin ifadə edilməsi, dini təşkilatlar, ruhanilər, inanclıların təhqiri və alçaldılmasını ifadə edənlərin cərimələnməsi təkilf edilir. Cərimələr 300-600 lari (və yaxud 125-250 ABŞ dolları) miqdarında nəzərdə tutulur. Qanun pozuntusu təkrarlanacağı təqdirdə isə cərimələr 600-1000 lari (250-450 ABŞ dolları) civarında olması təkilf edilir. Gürcüstan parlamentinin çoxluğunun deputatı Zurab Tkemaladze jurnalistlərə mühasibəsi zamanı, “qanun pozuntularına yol verənlər mütləq şəkildə cəzalandırılmalıdır. Xüsusi ilə də dinə qarşı olan qanun pozuntuları”, – deyə bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button