ArxivXəbər lentiXəbərlər

“Kanal 13″ün icraçı direktoru həbsdə qaldı

Bu qərardan apellyasiya şikayəti veriləcək.

“Kanal-13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə keçirilib.

Bu barədə onun vəkili Cavad Cavadlı məlumat verib.

Vəkil bildirib ki, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə Əziz Orucovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib. Vəkil qeyd edib ki, bu qərardan apellyasiya şikayəti verəcəklər.

Qeyd edək ki, Əziz Orucov mayın 2-də “polisə müqavimət” ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button