ArxivXəbər lentiXəbərlər

1 ildə 106 min Azərbaycan vətəndaşı Rusiyaya gedib

Ötən il 106 min nəfər Azərbaycan vətəndaşı Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaq üçün patent alıb.

 Bunu Rusiya Dövlət Dumasının “Ədalətli Rusiya” fraksiyasından olan deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin üzvü Tatyana Maskalkova bu gün Dumada keçirilən Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan dəyirmi masada bildirib.

 Onun sözlərinə görə, 2015-ci il yanvar ayının 1-dən Rusiyada miqrasiya qanunvericiliyi daha da sərtləşdirilib: “Bu addım artıq öz bəhrəsini verib, effektivliyini göstərib. Qanunvericiliyə dəyişikliklər edilərkən mövcud vəziyyət öyrənilib, ətraflı araşdırılıb. Əlbəttə ki, miqrantlar sosial gərginliyi artırır. Ölkənin titulu xalqı ilə gəlmələr arasında iş yerləri üzrə rəqabətdə artır. Əgər MDB ölkələrindən gələn vətəndaşlar olmasaydı Rusiyanın bir çox sahələri bu gün olduğu qədər inkişaf edə bilməzdi. Bunu qeyd etmək çox vacibdir. Təkcə ötən ildə 106 min nəfər Azərbaycan vətəndaşı Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün patent alıb. Bu olduqca böyük rəqəmdir”.

 Rusiyalı deputat azərbaycanlı gənclərin Rusiyada təhsil alması məsələsinə də toxunub. O, Rusiyanın ali təhsil məktəblərində Azərbaycan üçün ayrılan kvotanın sayının ildən ilə artdığını da qeyd edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button