ArxivXəbər lentiXəbərlər

Eynulla Fətullayevdən İsrail səfirliyinin Təhlükəsizlik Xidmətinin rəisinə – “Tüpürüm kimliyinə!”

Dayanmadan günlərlə viza almaq üçün İsrail səfirliyinə zənglər etdim

Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev Bakıda İsrail səfirliyində üzləşdiyi ədəbsizliyi qələmə alıb.

“Yəhudilərin diplomatiyada kobudluğu artıq məşhurdur. Xüsusilə səfirlik əməkdaşlarının davranışları – kobudluq və qəddarlıqları dillərə düşüb. Bakı da  bundan öz nəsibini alıb. Mən bir çox ölkələrin səfirliklərinə viza üçün müraciət etmişəm, jurnalist  taleyimiz bizləri haralara salmayıb ki…Amma mənim Bakıdakı İsrail səfirliyinin astanasında qarşılaşdıqlarım nə diplomatik etika ilə, nə elementar davranış qaydaları , nə uşaqlıqdan alışdığım vərdişlərlə, nə də adi insan tərbiyəsi ilə uzlaşırdı.

Dayanmadan günlərlə viza almaq üçün İsrail səfirliyinə zənglər etdim. Heç kəs zənglərimə cavab vermirdi. Nəhayət tur şirkətlərin birində işləyən dostlarıma müraciət etdim. Orada mənə tövsiyyə etdilər ki, yaxşısı budur bizə 280 manat ödə, sonra da gəl pasportunu apar. Təəccüblə buna etiraz edərək bu işin çox sadə bir prossedura olduğunu bildirdim. Onda mənə belə dedilər: “Onda gedin. Amma indidən sizə deyirəm. Peşman olacaqsız…”

Nəhayət uzun bir gözləntidən Tanrı tərəfindən seçilmişlərin səfirliyinə yollandım. Uzun müddətdən bəri Həyat otelində Azərbaycan İsrail dostluğunun simvolu olan ağ mavi bayrağın dalğalandığı məkanın qarşısına istədim maşınımı park edəm, elə onda otelin mühafizə əməkdaşı kobudcasına “Burada maşın saxlamaq olmaz!” deyə  elan etdi. “Ora olar, bura olmaz?” tam mülayim və sülhsevər halda sual etdim. Mühafizə xidmətçisi  qəti şəkildə “Bura İsrail səfirliyidir!” –deyə vurğuladı. “Nə olsun ki? Buraya yaxın Baksovetdə də İran səfirliyi var. Neyləyək? “  “Sekurti” özündənrazı bir tonla:”Sən hələ İsraillə, İranın fərqini anlamamısan?”

Xeyr anlamıram. Təsəvvür edin ki, anlamıram, ya da anlamaq istəmirəm. Çünki mən müstəqil və suveren dövlətin Azərbaycanın ərazisindəyəm. Səhər erkəndən kefimi pozmamaq xatirinə maşınımı demək olar ki, İran səfirliyinin düz yanında park edib İsrail səfirliyinə piyada yollanıram.

Növbəyə dayanıram. Otelin girişində 3 nəfər iri əzələli mühafizəçisi sərt səslə bizi içəri dəvət edirdilər. Nəhayət mənim də növbəm çatdı. Elə o an inanılmaz bir dialoq başladı. Elə bir inanılmazlıq ki, ölkə müstəqil olandan bəri elə şey görməmişdim. Bu polis və “qayişnik”lərin yersiz müdaxilələrindən betər bir vəziyyət idi.

-Salam-qulağında və ağzında mikrafon olan mühfaziçəni salamladım.

-Iıııııımmmmm– aydın olmayan bir səslə mızıldandı-Pasportunu ver!

-Buyurun!

– Əlini cibindən çıxart!– xidməti işçi bağırır.

-Anlamadım.Nə?

-Sən karsan? –

-Mən kar deyiləm, sən ədəbsizsən!

-Sən kiminləsən?

-Səninləyəm.

– Rədd ol burdan. Bura İsrailin ərzisidir!- Dordbucaq bişməmiş kərpici xatırladan daha da qızışır.

-Bura bax, bura Azərbaycanın ərazisidir. Siz özünüz rədd olun buradan!-artıq emosiyalarıma sahib ola bilmədim.

Elə onda mənə tərəf bir polis yüyürür və az qala yalvarıcı bir səslə deyir:

“Bura axı İsrailin səfirliyidir. Onlarla belə danışmaq olmaz….”

-Bəs necə lazımdır? Salto atım yoxsa buradan Niderlanda kimi dilimi uzadım?

– Polis dinmədi. Yenidən sıraya –növbəyə qayıdıram. Yarımsaat daha keçir. Polis yenidən mənə yaxınlaşır:“Onlarla nazirlər də belə danışmır. Sən onları digər səfirliklərlə dəyişik salma!”

Daha yarım saat ötür. Dördüncü siqareti çəkirəm. Otelin astanasında bir keçəl kərpiçfason biri peyda olur. Onun da qulağına mikrofon ilişdirilib. Məni barmağı ilə yanına çağırır. Yaxınlaşıram.

-Bizim əməkdaşla bu nə danışıq üslubudur?

-Normal. Mənə əmr edirlər ki, əlimi cibimdə saxlamayım. Mən burada nə ordudayam, nə də türmədə. Bu nə cür müraciət tonudur?

– Siz burada bizim qaydalarımıza və tələblərimizə tabe olmalısınız.

-Axı siz mənim üstümü axtarmamısınız. Mən yalnız sənədlərimi təqdim etmişəm.

– Qısası, sən viza alma istəyirsənsə sus və qaydalara tabe ol! Anladın?

-Sən harda tərbiyə almısan?

-Sən bilirsən mən kiməm? Mən İsrail səfirliyinin təhlükəsizlik xidmətinin rəisiyəm.

– Tüpürüm sənin kimliyinə!

Çevirilib gedirəm. Israilə, keşmiş dostum səfir İosif Şaqala və digər dostlarıma zəng edib hər kəsə bu əhvalatı nəql edirəm. Lakin heç kəs mənim bu danışdıqlarıma təəccüblənmir. Sən demə İsrail üçün bu adi bir davranış etalonudur. Onlar hər yerdə hamı ilə belə davranırlar. Çünki onlar “seçilmiş ölkədir!” İsrailə getmək həvəsim tamamilə ölür.

Yaxşı olar ki, Tehrana gedim. Hər halda qədim fars mədəniyyəti və dini ənənə zorakılığı və ədəbsizliyi qadağan edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button