ArxivXəbər lentiXəbərlər

İstanbuldakı son terrorla bağlı axtarışlarda Azərbaycan pasportları da çıxdı – FOTO

İstanbulda gecə klubunda törədilmiş silahlı hücumla bağlı İzmirdə əməliyyat həyata keçirilib

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İstanbulda gecə klubunda törədilmiş silahlı hücumla bağlı araşdırmalar çərçivəsində, terrorçunun yanında qaldığı ailənin izləri İzmir şəhərində təsbit edilib.

Qırğızıstan pasportuna sahib 3 Uyğur türkü ailəsi, aralarında 40 uşağın da olduğu şəxslər, İzmirin Buca və Bornova rayonlarında saxlanılıblar. Evlərdə aparılan axtarışlarda snayperə məxsus gecə görmək üçün istifadə edilən turbin, hərbi əşyalar və müxtəlif ölkələrə məxsus pasportlar ələ keçirilib.

İŞİD terror qruplaşmasına bağlı olma ehtimalı verilən və gecə klubunda terror törədən şəxsin bu ailələrlə əlaqəsinin olduğu üzə çıxdıqdan sonra onların izləri İzmirdə təsbit edildiyindən, polis bu məlumatı aldıqdan sonra xüsusi əməliyyat keçirib.

Hazırda istintaq getdiyindən bu əməliyyatla bağlı əlavə məlumat verilmir.

Qeyd edək ki, axtarış zamanı aşkarlanan pasportların içindən Azərbaycan pasportları da çıxıb. Pasportların saxta olub olmaması isə mediaya açıqlanmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button