ArxivXəbər lentiXəbərlər

Azərbaycan əhl – sünnəsi vəhabiliyin qarşısının almasını istədilər

Azərbaycanın bir qrup əhl – sünnə məzhəbinin davamçıları ölkənin prezidenti İlahm Əliyevə məktub yazaraq ölkədə yaşayan vəhabilərin fəaliyyətlərinə qarşı öz etirazlarını bildirərək, prezidentdən onların qarşısını almağı istədilər.

“Qafqaz Mədəniyyət Mərkəzi”nin informasiya  xəbərə görə, Azərbaycan respublikasının əhl – sünnə məzhəbinin davamçılarından olan bir qrupu ölkənin prezidenti İlahm Əliyevə məktub yazaraq ölkədə yaşayan radikal təkfirçi vəhabilərin fəaliyyətlərinə qarşı öz etirazlarını bildirərək, prezidentdən onların qarşısını almağı istədilər.

Azərbaycanın böyük şəhərlərindən olan, həmçinin vəhabi təkfirçilərinin ən çox fəaliyyət göstərdiyi və buna görə məscidləri həmişə ixtilaf və keşməkeşə məruz qalan Sumqayıt şəhərində yaşayan bir qrup əhl – sünnə məzhəbinin davamçıları ölkə prezidenti İlah Əliyevə məktubla müraciət ünvanlayıblar. Məktubda deyilir: “Ölkəmizin bəzi cavanlarının təkfirçiliyə və vəhabiliyə meyillənməsi bais olmuşdur ki, təhlükəsizlik məmurları əhl – sünnə məzhəbinə mənsub müsəlmanların bəzi məscidlərdə və ibadət ocaqlarında fəaliyyətinin qarşısını alsınlar və ya məhdudlaşdırsınlar…”.

Məktubda prezidentdən xahiş olunur ki, ölkədə yaşayan təkfirçi vəhabilərin fəaliyyətlərinin qarşısını almaqlaq bu problemin həllində onlara kömək etsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button