ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müqavimət Təl-Əvivə raket hücumları həyata keçirib

Sionist medialar dünən axşam Təl-Əvivdə və ətraf bölgələrdə həyəcan siqnallarının səsləndirilməsindən xəbər veriblər.
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın hərbi qolu olan İzzəddin Əlqəssam batalyonları bu hücumları sionist rejimin Qəzzəyə qarşı raket hücumlarına və bu bölgə sakinlərini köçürməyə cəhd etməsinə cavab olaraq, həyata keçirib.
İsrail rejiminin Qəzzəyə qarşı hava hücumları bir çox dağıntılara səbəb olub. Binalarda dağıntılar çox yüksəkdir. İndiyədək Qəzzə sakinlərindən iki yüz min nəfərdən çox insan bu bölgə daxilində didərgin düşüb və ya BMT düşərgələrinə sığınıbdır.
Fələstin Səhiyyə Nazirliyi ən son məlumatında bildiribdir ki, sionist rejimin bombardmanlarında şəhid olanların sayı min doqquz yüz nəfərə çatıb; onların altı yüz on dörd nəfəri uşaq, üç yüz yetmiş nəfəri isə qadındır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button