ArxivIslamXəbər lentiXəbərlər

VƏHABİ FİRQƏSİ BARƏSİNDƏ BİR NEÇƏ SUAL

İslamın əsas mərkəzi olan Ərəbistandan əsil islamı yox etmək məqsədilə icad edilmişdir.
Sual: Vəhabi məzhəbi hansı məqsədlə yaradılıb?
Cavab: Bu məzhəb İslam tarixini təhrif etmək, dini şüarları və hətta Peyğəmbərin qəbrinin günbəzini belə uçurub xarab etmək, islamı ifratçı, geriçilik və xurafatçı bir din kimi təqdim etmək, İslamın əsas mərkəzi olan Ərəbistandan əsil islamı yox etmək məqsədilə icad edilmişdir.

Sual: Vəhabiyyətin ilk alim və rəhbərləri kim olub?
Cavab: Vəhabiyyət məsləkinin bünövrəsinin Məhəmməd ibni Əbdül Vəhab tərəfindən qoyulmasına baxmayaraq vəhabiyyət etiqadını qəti şəkildə yaradan ibni Teymiyyə olmuşdur.

Sual: Vəhabiyyət (vəhhaba mənsub olan) kəlməsi haradan götürülüb?
Cavab: Bu mənsubiyyət Əbdül Vəhabın (Məhəmmədin atasının) adından götürülüb. Əgər “Mühəmmədiyyə” adlansaydı, o zaman Həzrət Mühəmməd ibni Əbdüllah (s.ə.v.v) ilə səhv düşə bilərdi.

Sual: Peyğəmbəri əkrəm (s.ə.v.v) bu məslək barəsində necə xəbər verib?
Cavab: Peyğəmbər bu məsləkin yarandığı Nəcd diyarı barəsində buyurmuşdur: “Şeytanın buynuzları oradan çıxacaqdır.”
Bu, mənfur vəhabi məsləkinə işarədir. Bu firqə hal-hazırda Hicaz (Ərəbistan) hökumətinin rəsmi dövlət məzhəbidir.

Sual: İbni Teymiyyə hansı əsrdə və Məhəmməd ibni Əbdül Çəhhabdan nə qədər əvvəl yaşayıb?
Cavab: İbni Teymiyyə yeddinci hicri əsrində və Məhəmməd ibni Çəhhabdan 500 il əvvəl yaşamışdır.

Sual: İbni Teymiyyənin Allah haqqındakı əqidəsi nədir?
Cavab: İbni Teymiyyə Allahı cisim bilir, Onun əl, ayaq, göz, dil, ağız və məkanı olmasına inanırdı. O, ayə və rəvayətlərin zahirini əsas götürdüyü üçün Allahı göydə, taxt üzərində oturduğuna inanmışdı, eyni halda o, Allaha təşbih verməni də inkar edirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button