ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Dindar Mahmudağa Ağayev yenə saxlanıldı

Masallı rayonu Qızılavar kənd sakini Mahmudağa Ağayev narkotik ittihamı ilə şərlənib.

Qafqaz Həqiqətləri xəbər verir ki,  onu 29 mart tarixində tutublar.
O, CM-nin 234.4.3 maddəsi (234.4.3. külli miqdarda törədildikdə —
əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə ittiham edilib və haqqında 4 aylıq istintaq müddəti təyin edilib.

Qeyd edək ki, Mahmudağa Ağayevin bu ikinci həbsidir onu 2012-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində Şəhid dəfnində dini şüar səsləndirdiyinə görə saxlamışdılar.

Belə ki, Qarabağın azadlığı uğrunda qəhrəmancasına şəhid olan Famil Əlizadənin dəfnində Mahmudağa Ağayev saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə aparılıb.

Mahmudağa Ağayevin daha sonra Masallı Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati cəza verilmişdi.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button