ArxivXəbər lentiXəbərlər

ATƏT-in Bakı ofisi fəaliyyətini dayandırır

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisi fəaliyyətini dayandırır.

Qagqaz mədəniyyət mərkəzi  APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bu gün bildirib ki, ATƏT-in Bakıdakı ofisinin fəaliyyəti üçün artıq heç bir zərurət yoxdur.
Bu məlumata görə, 2014-cü il 24 sentyabrda Azərbaycan Respublikası və ATƏT arasında imzalanan anlaşma ləğv olunur və bu təşkilat bir aya qədər öz fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, Azərbaycan Respublikası hökuməti son vaxtlar Qarabağ münaqişəsi və ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında yeni siyasəti gündəminə salıb.
Azərbaycan Minsk Qrupunun səylərindən naümid olduqdan sonra ötən bir ildən indiyə qədəər bütün səylərini göstərir ki, mümkün olan hər bir vasitə ilə bu uzunmüddətli münaqişəyə son qoysun. Elə buna görə, ötən həftə ATƏT-in dövri sədri Bakıya səfər etdi və Qarabağ münaqişəsinə son qoymaq məqsədilə ədalətli həll yolunun tapılması üçün bu təşkilatın səylərini vurğuladı.
Azərbaycan və Ermənistan arasında Qarabağ məntəqəsi üzərində münaqişə 1991-ci ildə başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button