ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Milad qülləsi zəlzələ qurbanlarının xatirəsinə Suriya və Türkiyə bayraqlarının rəngləri ilə işıqlanıb/video

İranın məşhur Milad qülləsi son dağıdıcı zəlzələlərlə bağlı iki qonşu ölkə ilə həmrəylik əlaməti olaraq, bazar ertəsi axşam Türkiyə və Suriya bayraqlarının rənglərində işıqlandırılıb.
 Fevralın 6-da Türkiyənin cənubunda və Suriyanın şimalında baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər, ardınca isə yüzlərlə şiddətli afterşoklar 46 mindən çox insanın həyatına son qoyub.
Tehran Bələdiyyəsi bu iki ölkədə zəlzələ qurbanlarına başsağlığı vermək üçün Milad qülləsində bu iki ölkənin bayraqlarını nümayiş etdirib.
Bununla əlaqədar olaraq, Türkiyənin Tehrandakı səfiri Derya Örs İran Qızıl Aypara Cəmiyyətinin baş qərargahında olub, zəlzələdən zərərçəkənlərə göstərdikləri köməyə görə İran Qızıl Aypara Təşkilatının rəhbəri Pirhüseyn Kulivəndə və bu təşkilatın yardım işçilərinə təşəkkür edib.
İran İslam Respublikası bölgəni sarsıdan dəhşətli zəlzələnin ilk günündən Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş insanlara yardım göstərməyə hazır olduğunu bəyan edib və dərhal humanitar yardım göndərməklə yanaşı, İran Qızıl Aypara Cəmiyyəti də zəlzələdən sağ çıxanlara kömək etmək üçün bu ölkələrə xilasedicilər göndərib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button