ArxivXəbər lentiXəbərlər

Səud mediası İranın film uğurlarını etiraf etdi – Ərəb mədəniyyəti tənəzzül edib

son illərdə İranın film sahəsində qazandığı uğurlar Səud rejimini narahat etməyə başlayıb.

Səudların media orqanlarından biri olan “Məkkə” qəzetində gedən bir məqalədə İran filmlərinin uğurundan bəhs edilib. Onlar İranın Kann film festivalındakı son uğurundan bəhs ediblər: ” Bu gün İran mədəniyyəti, xüsusilə filmçiliyi  bu ölkənin siyasətindən daha təhlükəlidir”

Daha sonra davam edərək bildiriblər ki, bu gün İslam mədəniyyəti İrana borcludur. Ərəb mədəniyyətinin İranla müqayisədə çox zəiflədiyini vurğulayıblar:

“İran bütün dünyanı öz filmçilik bacarığı ilə təsirləndirə bilib. Daha əvvəldə Hollivud filmləri səviyyəsində çəkilən “Süleymanın mülkü” filminin uğurundan bəhs etmişdik. Lakin bu İranın yeganə uğuru deyil. İran bundan sonra “Yusuf Peyğəmbər” və “Məhəmməd Rəsulallah” filmləri ilə də dünyanı ayağa qaldıra bilib. 

İran filminin son uğurunda Şahab Hüseyni ən yaxşı kişi roluna görə Kannda mükafat alarkən, biz bu gün utanc içində qaldıq. Biz dünyada heç bir filmi olmayan ölkəyik.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button