ArxivXəbər lentiXəbərlər

Qüds günü ilə Qarabağımızı yaşadırıq

Bu gün Azərbaycan İslam Partiyasının qərargahında Qüds günü ilə əlaqədar dəyirmi masa keçirilib. Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, qurumun siyasi məsələlər üzrə sədr müavini Akif Heydərli Qüds günü və onun yaranma zərurəti haqda danışıb. O, faktlarla İsrailin işğalçılıq mahiyyətini şərh edib.

Siyasi qurumun sədr əvəzi Elçin Manafov bu günü dünya müsəlmanlarına vəhdət çağırışı kimi xarakterizə edib: “Qüds günü tək müsəlmanların ağrılı yeri deyil, bütün dünyadakı əzilən xalqların bir etiraz simvoludur. Diqqət etsək görərik ki, bu gün beynəlxalq sionizmin həyata keçirdiyi siyasət nəticəsində əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin hər birində problemlər var. Məhz bu problemlərdən çıxış yolu etirazdan keçir ki, Qüds günü də bu etiraz üçün bir nümunəsidir. Biz bu günü yaşatmaqla həm də işğal altında olan Qarabağımızı yaşadırıq, onun azad olunacaq gününə inamı yaşadırıq.”

Qüds gününün mənəvi önəmi haqda danışan ilahiyyatçı alim Sərdar Hacıhəsənli dünyada baş verən problemlərə millətlərin yaşamaq haqqına təcavüz edən dövlətlərin səbəb olduğunu dedi: “Zülmə dəstək verənlər zalımlardan daha çoxdur. Bu gün İsrail rejiminin tanınmamasının səbəbi odur ki, bu rejim təcavüz üzərində qurulub. İslam Peyğəmbəri (s) buyurub ki, hakimiyyət dinsizliklə davam edə bilər, lakin zülmlə davam gətirə bilməz. Bu gün dünyanın zalıma qarşı yeganə yolu bəşəri səfərbərlikdir.”

Daha sonra çıxış edən QAT sədri Akif Nağı, “Vətən” blokunun icraçı katibi Mayis Güləliyev, AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova və digəriləri cəmiyyətdə Yaxın Şərqlə bağlı məlumatın məhdud səviyyədə olduğunu və əsas məqsədin insanların bu mövzuda maariflənməməsi olduğunu bildiriblər. Çıxış edənlər Qüds gününün diqqəti qlobal problemlərin həllinə yönəltdiyini və bu günün düşmənimizin tanınmasına mesaj günü olduğu söyləyiblər.

Dəyirmi masanın sonunda bəyanat qəbul olunub:

“Dərk etdiyimiz kainatda baş verən hadisələr bəşəriyyətin tarixi dönəmlərdə qadir olduğu sivilzisiyalar, onun İlahi kəramətlə insanlığın xilası üçün göndərilməsi özlərini fövqəl güc və qüdrət sahibləri hesab edənlər tərəfindən təhrif və tərk olunmağa, dünyaya yeni düzən verməyə başlamışdır. Müqəddəs məkanları dağıtmaq, səmavi kitablara, Allahın insanlığın xilası üçün tərtib etdiyi və göndərdiyi qanunlara qarşı çıxmaq, təkamülün və Allahı dərketmənin başlandığı məkanları qəsb edərək fitnə-fasad altında saxlamaq, bu əmələ etiraz edənləri kütləvi olaraq məhv etmək iddiasında olanların əməlləri göstərir ki, aktiv mübarizə olmadan insanlıq gələcəkdə daha böyük təhlükələrə məruz qala biləcək.

Böyük təcavüzə və istilaya məruz qalan müqəddəs ocaqlardan biri də tövhidin mərkəzi, Davudun (ə), Süleymanın (ə), Həzrət İbrahimin (ə) və sayı-hesabı bilinməyən peyğəmbərlərə Allahın vəhylərinin şahidi olan, qövmünü qurtarmaq üçün Həzrət Musaya (ə) sığınan, Həzrət Məhəmmədin (s) meracını görən müqəddəs Qüds və onun qucağında yerləşən ilk vəhylər ocağı Məscidi Əqsa bu gün acınacaqlı zülmdən xilas olmaq üçün bəşəriyyətdən imdad diləyir.

Qüds insan fitrətinin azadlıq simvolu kimi işğal altında saxlanmaqla zülmə və istismara məruz qoyulmuşdur. 1948-ci ildən etibarən Qüds qəsbkarlığın rəsmiləşdiyi bir məkana çevrilmiş, müsəlmanların ilk qibləgahı kimi onların azad ziyarətindən təcrid olunmuşdur. Özgə torpaqlarını istila etməklə dövlət quran işğalçı İsrail rejimi özünü fövqal güc və qüdrət sahibi kimi bəşəriyyətə qəbul etdirməyə və bunu zülm etməkdən, öldürməkdən çəkinməməklə sübuta yetirməyə davam edir. Cinayətkar əməlinə görə güclü müqavimət və təzyiqlə qarşılaşmayan sionist rejim dünyanın müxtəlif qütblərində zülmə rəvac verilməsi, xüsusən müsəlman torpaqlarının və sərvətlərinin əllərindən alınması üçün şər qüvvələrin sırasında lokomotivə çevrilmişdir.

Biz dəyirmi masa iştirakçıları hesab edirik ki, zülmün başlanğıcı və istismarın mərkəzi ilə mübarizə günü yetişmişdir. Bu gün məhz Qüds günüdür ki, bünövrəsi 1979-cu ildə İmam Xomeyni tərəfindən qoyulmuşdur və dünyanın bütün tərəqqipərvər insanları, zülm və istismarla barışmayan qövmləri tərəfindən bəyənilir, qəbul edilir.

Bu günlərdə məzlum Fələstin müsəlmanlarına qarşı qəsbkar İsrailin qana susayan hakim dairələrinin apardığı kütləvi soyqırım hərəkətləri ondan xəbər verir ki, bu zülm və istismar bitmək və dayanmaq bilmir. Bəşəri cinayətlərə rəvac verənlər, göz yumanlar həm də yəhudi xalqının taleyini qara yazmaq fikrindədirlər. Ona görə də biz bu qeyri-insani hərəkata qarşı mübarizənin önündə məhz bir xalqı, onun azadlıqsevər dəstələrini görmək üçün onları qaniçənlərə qarşı üsyana çağırırıq.

Biz eyni zamanda bütün islam dünyasını, bütün müsəlmanları zülmə yox deməyə, bu xalqların dövlət və hakimiyyət rəhbərlərini bütün vasitələrdən istifadə etməklə insan qatillərinə qarşı ən böyük maliyyə itkiləri qarşılığında belə çıxmağa çağırırıq. Bunsuz nə Fələstinin, nə Əfqanıstanın, nə İraqın, nə Suriyanın, nə də Azərbaycanın 20 faiz torpağı olan doğma Qarabağın azadlığına, rahat yaşamasına nail olmaq mümkündür.

Bir daha bəyan etməliyik ki, şər qüvvələri ilə mübarizə onun yarandığı və dünyaya yayıldığı məkandan başlanmalıdır. Başqa sözlə, dünyaya sülh, bəşəriyyətə azadlıq, zülmə qarşı mübarizə məhz Qüdsdən başlanır. Hər bir bəşər övladının borcu bu mübarizənin önündə olmaq, şəxsi iradəsini göstərmək, zülmkarları yer üzündən silməkdir.”

SAMSUNG CSC SAMSUNG CSC

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button