ArxivIslamXəbər lentiXəbərlər

Ayətullahul-Üzma Nuri Həmadani Azərbaycana səfər edəcək

Səfər çərçivəsində bir sıra görüşlər nəzərdə tutulub

İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Azərbaycanda səfərdə olacaq.

Qafqaz.ir xəbər verir ki, bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib. QMİ-nin dəvəti ilə reallaşdırılan səfər 31 avqust – 4 sentyabr tarixlərində gerçəkləşəcək.

Səfər çərçivəsində Bakı şəhərində, Şamaxı və Gəncədə bir sıra görüşlər nəzərdə tutulub.

Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani səfər çərçivəsində Şəhidlər Xiyabanını, Heydər və Bibi-Heybət məscidini ziyarət edəcək, sonra TəzəPir məscidində namaz qılınacaq.

Səfərin digər günlərində Şamaxı Cümə məscidi ilə tanışlıq nəzərdə tutulub. Daha sonra Gəncədə Nizami Gəncəvi məqbərəsinin, Şah Abbas məscidinin ziyarəti və İmamzadə kompleksi ilə tanışlıq olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button